Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb...

PİA.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqada XVII turun “Zirə” ilə oyununda nail olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv rəqib qapısından 6 cavabsız top keçirib.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub edib. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi “Zirə”, 2019-cu il aprelin 1-də isə “Sumqayıt” öz meydanında “Qarabağ”ın 6 qoluna üzülüb.

Qeyd edək ki, öz rekordunu təkrarlayan son çempion həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. III turda “Qarabağ” “Səbail”i, “Keşlə” “Qəbələ”ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.

pia.az


Etiket: “Qarabağ”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar