Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Nəhayət, mandat qazandıq. Maşallah!" - Xanım deputatların siftəsi korlandı  

Jalə Əliyeva ilə Hicran Hüseynovanın siftəsi korlandı...

Bu parlament seçkilərində də “gül” vuranlar az olmadı. Namizədlərdən kimisi seçkiqabağı imzatoplama kampaniyası dövründə, kimisi təbliğat-təşviqat ərəfəsində, kimisi seçki günü özünü biabır elədi.

PİA.az-ın məlumatına görə, son bir neçə gün ərzində ən çox müzakirə edilənlər isə qalib elan olunan Jalə ƏliyevaHicran Hüseynovadır.

Hər iki xanım deputatın siftəsi korlandı. Sosial şəbəkələrdə J.Əliyevanın məlum video çıxışı və H.Hüseynovanın xeyrinə seçki günü saxtakarlıqlar edilməsi böyük rezonans doğurub.

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputat Jalə Əliyevanın öz seçki qərargahının üzvləri ilə söhbətinin video çıxışı sözün əsl mənasında heyrət doğurur. Xanım deputat belə izah edir ki, video seçki günü çəkilməyib.

Kadrlarda J.Əliyeva deyir ki, kiminin başına papka atdıq, kiminin telefonunu yerə çırpdıq, nəhayət, mandat qazandıq. Maşallah!

Bundan əvvəl də J.Əliyevanın seçicilərlə görüşündə qalmaqal yaşanmışdı. Bütün bunlara rəğmən, hansısa qüvvələr onun yenə deputat olmasını istədi. Sadəcə, bu dəfə camaatın telefonunu yerə çırpmaq, papkaları tullamaq hesabına…

J.Əliyeva həmin deputatlardan ki onun Milli Məclisdə fəaliyyəti heç zaman Ucar-Zərdab əhlinə bir fayda verməyib. Bu dəfə də belə olacağı gözlənilir. Seçildi, daha 5 il seçiciləri unudacaq, lazım olanda yadına düşəcək.

Sabiq nazir Ziya Məmmədovun kadrlarından sayılan, onunla yaxşı münasibətlərə malik olmuş Jalə Əliyevanın növbəti dəfə deputat olmasını istəyənləri də başa düşmək çətindir.

Onun nə millət vəkili olduğu dairədəki seçicilərin problemlərinə köməyi dəyib, nə parlamentdə fəal bir deputat olub.

İkincisi, Milli Məclis buraxılanda tərkibin yarıbayarı dəyişəcəyi söylənirdi. Amma Jalə Əliyeva kimi deputatlara yenə də üstünlük verildi.

Halbuki, son seçki prosesindəki çıxışı, qalmaqallar sübut etdi ki, nə 9 fevral hakimiyyətə uğur gətirəcək, nə də Jalə Əliyeva islahatların tempinə adekvat deputatdır.

PİA.az bildirir ki, Hicran Hüseynovanın isə deputatlıq siftəsi qara gəldi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Hicran Hüseynova bu quruma rəhbərliyi necə olubsa, deputatlığının da fərqli olmayacağı göz qabağındadır.

Çünki seçki günü 41 saylı Sumqayıt seçki dairəsində H.Hüseynovanın mandat sahibi olması üçün saxtakarlıqlara yol verildi.

Onun namizədi olan Könül Alıyevanın sözlərinə görə, əksər məntəqələrdə seçki pozuntuları olub, bülletenlər yerə boşaldılıb, karuselə yol verilib, veb kameralar işləməyib, mürəkkəblər əllərə püskürdülməyib.

H.Hüseynova seçkinin ilk vaxtlarından qanunları pozurdu. 39 saylı məktəbdə yerləşən 13-14 saylı məntəqələri Hicran Hüseynovanın nəzarətində idi.

Xanım namizəd digər namizədlərdən fərqli olaraq plakatlarını məntəqələrin içərisinə də yapışdırırdı. Ancaq digər namizədlərin tanıtım plakatları xüsusi lövhələrdə heç bir gün də qalmırdı.

Bütün Sumqayıt təhsil işçiləri, xəstəxana və poliklinikaların tibbi personalı, bələdiyyə üzvləri, həmçinin “Azərişıq” və “Azəriqaz”ın əməkdaşları məcburi görüşə çağırılırdılar.

Hətta Hicran Hüseynovanın köməkçiləri görüşü işıqlandırmağa gedən jurnalisti təhqir edib və ona hücum etmişdilər.

Yəni, Hicran Hüseynovanın deputatlığa siftəsi heç də yaxşı başlamadı, bundan sonra necə işləyəcəyi təsəvvürü yaranmaqdadır. Bir sözlə, buna islahatçılardan ibarət parlament demək olmaz… (Reportyor.info)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda koronavirusdan ölənlərin dəfn qaydası açıqlandı - Video

Bu bölgəmizdə koronavirus yoxdur - Rəsmi açıqlama

Hökumət koronavirusa görə ailələrə yardım edəcəyi tarixi açıqladı - Rəsmi

Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama

Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

Koronavirusun ən çox yayıldığı ölkələrin adları açıqlandı - Siyahı

“Ölmək istəyirsinizsə, boğazınıza kəndir salın” - Xalq artisti od püskürdü - Foto

Qusarda dəhşət:  Oğul anasını qətlə yetirdi

loading...

Ən çox oxunanalar