Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı-Gədəbəy mədəniyyətinin maddi irsi haqqında funamental monoqrafiya nəşr olunub

“Xocalı-Gədəbəy Mədəniyyətinin maddi İrsi: İlk Kompleks nəşri və təhlili” adlı monoqrafiya çap olunub...

Monoqrafiyanın müəllifi Nuridə Qədirova-Atəşidir.

Xocalı-Gədəbəy Mədəniyyətinin maddi İrsi: İlk Kompleks nəşri və təhlili” adlı monoqrafiya Milli Azərbaycan Tarixi Muzeyinin Elmı şurasının qərarı ilə “Azpoliqraf” mətbəəsində 1000 tirajla çap olunub.

Əsərə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Akademik Nailə Vəlixanlı ön söz yazıb.

Monoqrafiyada “Xocalı-Gədəbəy Mədəniyyəti”nin maddi irsi ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarının kataloqlaşdırılması ilə bərabər Almaniya, Fransa, Avstriya, Rusiya, Gürcüstan və s. ölkələrin muzeylərindən çoxlu kolleksiyalar aşkar edilərək təhlil edilib.

Bütün bu tapıntılar müvafiq tiplər üzrə kataloqlaşdırılıb, onların foto albomu, qrafik təsvirləri və bir çoxunun fotoqrametriyası işlənib, onlar haqqında geniş və dəqiq məlumat verilib. Burada nəinki Azərbaycan, hətta Avropa, dünya elminə məlum olmayan bir çox yeni kolleksiyalar haqqında da ilk dəfə məlumat verilir. Müəyyən edilib ki, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin qənaətbəxş olmamasına səbəb Almaniya, Avstriya, Fransa, xüsusilə Rusiya muzeylərindəki kolleksiyaların, arxiv materiallarının və orijinal qazıntı hesabatlarının indiyə qədər müstəqil tədqiqinə icazə verilməməsi olub.

Tədqiqata cəlb edilən həmin kolleksiya nümunələri, sənədlər və hesabatlar da müəllif tərəfindən diqqətlə və tənqidi şəkildə öyrənilib, onların bir çox səciyyəvi xüsusiyyətləri oxuculara təqdim edilib.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar