Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yaxşı ki, köməyə Böyük Tiqran yetişdi, amma qələbə Əliyevin tərəfində idi"

Bütöv Erməni Milli Tərəqqi təşkilatının həmsədri Lusine Aroyan-Dəlləkyan, Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə debat zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın biabırcasına məğlub olduğunu bəyan edib...

Onun dediyinə görə, Paşinyan sualların heç birinə tam cavab verə bilməyib.

Lusine Aroyan-Dəlləkyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb: "Mətbuat konfransını izlədim. Biz biabırcasına uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu”.

"Əliyev öz xeyrinə onu oynadı ki, Qarabağ Azərbaycanın tərkibindədir. Paşinyan bu sahədə lazımlı biliklərə malik deyildi və yarımçıq cavabları onu gülməli vəziyyətə qoydu. O həmçinin Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanılmasının qeyri-mümkünlüyü barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi",-deyə “Vestnik Kavkaza” Lusine Aroyan-Dəlləkyandan sitat gətirib.

Siyasətçi əlavə edib ki, Paşinyan Xankəndinin tarixi ilə bağlı da heç bir söz deməyib və izləyicilərdən ona "mikroinqilabları" barədə sual vermələrini istəməklə özü barədə acınacaqlı zəif elçi təəssüratı yaradıb.(virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar