Bazar ertəsi, 30 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Münhen Konfransı: Dünyanın təhlükəsizlik sistemində nələr baş verir?

Doğrudanmı bütün dünyanı yönləndirən Qərb sivilizasiyası özü qürubunu yaşayır və demək olarmı ki, bu termin artıq yeni dünya sisteminin formalaşmaqda olduğunu göstərməkdədir?..

Politoloq: “ ABŞ-ın Yeni dünya qaydası planları hələ ki, baş tutmayıb. Lakin Qərbin hegemonluğunun başa çatmasını iddia etmək qətiyyən doğru olmaz”.

“Regional münaqişələrin alovlanması, bir çox münaqişələrin həll olunmaması, separatizmin güclənməsi, qızğın silahlanma, terror təhdidinin bütün dünyanı ağuşuna alması və sair göstərdi ki, Qərb tarixi şəraitdən doğan bu qlobal missiyanın öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkir. Odur ki, yeni dünya nizamının formalaşması zərurəti yaranıb”.

Bu sözləri politoloq Nəzakət Məmmədova dünən öz işini başa çatdıran Münhen konfransının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Münhen konfransı başa çatdı. 14-16 fevral tarixlərində keçirilən konfransda 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak etdi.

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer konfrans çərçivəsində debatların təşkilinə nail olduqlarını söyləyib: “Kimsə debatlarla razılaşdı, kimsə də razılaşmadı. Biz tədbirin məhz belə keçməsini istəyirdik”.

Konfransdan çıxan nəticələrə görə dünyanın təhlükəsizlik sistemində nələr baş verir və özü-özlüyündə dünyanın sülh sisteminə təhlükə böyüyürmü? 1Həmçinin rus mətbuatı bu ilki Münhen konfransını Qərb dünyasının dağılması kimi qiymətləndirdi. Maraqlıdır ki, konfransın hesabatında da əsas təhlükələrdən biri ABŞAvropada "Qərbsizləşmə", prossesinin başlaması göstərilir. Bu terminin Münhen konfransının hesabatına yol tapmasını necə dəyərləndirmək olar? Doğrudanmı bütün dünyanı yönləndirən Qərb sivilizasiyası özü qürubunu yaşayır və demək olarmı ki, bu termin artıq yeni dünya sisteminin formalaşmaqda olduğunu göstərməkdədir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Belə mötəbər platformalar dünya siyasətinin axarına təsir edir, beynəlxalq münasibətlərdə dönüş nöqtəsinə çevrilə bilir”.

Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransındakı məşhur nitqindən, Rəcəb Tayyib Ərdoğanın Davosdakı demarşından sonra regional və beynəlxalq münasibətlər sistemində bir çox əsaslı dəyişikliklərin baş verdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, artıq aparıcı dünya ölkələri, güc mərkəzləri birmənalı surətdə çoxqütblü dünya sisteminin bərqərar olmasında israr edir. Çünki bu, bir fövqəldövlətin planetar miqyasda hegemonluğuna qarşı ən real çıxış yolu kimi göstərilir:

“Münhen Təhlükəsizlik Konfransının yaranmasından sonrakı ilk 30 ildə onun istirakçıları əsasən NATO ölkələrinin yüksək rütbəli hərbi və siyasi liderləri olub. Soyuq müharibə başa çatdıqdan sonra isə 90-cı illərin ortalarından etibarən bir zamanlar əks qütbdə dayanan Rusiya, Çin, Şərqi Avropa liderləri də onun işində iştirak etməyə başlayıblar.

2007-ci ildə prezident Putinin Münhendəki məşhur çıxışı dünyada birmənalı olaraq yeni Soyuq müharibənin başlanması kimi qəbul olunmuşdu.
Göründüyü kimi, belə mötəbər platformalar dünya siyasətinin axarına təsir edir, beynəlxalq münasibətlərdə dönüş nöqtəsinə çevrilə bilir. Daniel Estulin “Bilderberq klubu” kitabında yazır ki, “1954-cü ildə dünyanın ən qüdrətli, nüfuzlu insanları Hollandiyada ilk dəfə qapalı şəraitdə görüş keçirdilər və dünyanın gələcəyinə dair bundan sonra məxfi görüşlər keçirməyi qərara aldılar. Dünya siyasətində xüsusi yeri olan ABŞ, Kanada və Qərbi Avropanın siyasi-maliyyə elitasının həmin görüşləri indiyədək məxfi, yalnız öz adamlarından ibarət dar bir çevrədə təşkil olunur. Onunla müqayisədə Münhen konfransı və digər bu tip platformalar daha açıq, şəffaf, məxfilik pərdəsi örtülməmiş şəkildədir”.

Bütün bunlar Münhen təhlükəsizlik konfransının çox vacib platforma olduğunu açıq şəkildə göstərir.

Nəzakət Məmmədova: “Qərb dünyası demokratiyanın, liberalizmin beşiyidir, onun parçalanması, zəifləməsi dünyada demokratiya dəyərlərinin və deməli xaosun güclənməsinə səbəb ola bilər”.

Təbii ki, Rusiya mətbuatı Münhenə alternativ Valdayın əhəmiyyətini artırmaq üçün və Qərblə informasiya savaşında üstünlük əldə etmək üçün bu cür ideyalar irəli sürür. Qərb dünyasında ziddiyyətlər, fikir ayrılıqları var, NATO-da olduğu kimi, yaxud Britaniyanın Avropa Birliyindən çıxması kimi və s. Lakin bu, Qərb dünyasının süqutu kimi qiymətləndirilə bilməz. Bu, Fukuyamanın dediyi kimi “tarixin sonu” olardı. Qərb dünyası demokratiyanın, liberalizmin beşiyidir, onun parçalanması, zəifləməsi dünyada demokratiya dəyərlərinin və deməli xaosun güclənməsinə səbəb ola bilər.

Doğrudur, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin səfirləri ilə keçirdiyi müşavirədə dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən Qərbin hegemonluğunun başa çatdığını dilə gətirərək, şəraitin dəyişdiyini diqqətə çatdırmış və qeyd etmişdi ki, bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. E.Makron hazırda dünyada Çinin ilk sıraya çıxmasını, Rusiyanın öz strategiyasında böyük uğur qazanmasını qeyd edərək, ölkəsi üçün Rusiya ilə münasibətlərə yenidən baxmaq və daha güclü əlaqələr qurmağın zəruriliyini vurğulamışdı. Onun qənaətincə, Fransa Avropada yerləşir və əgər Rusiya ilə yeni münasibətlər yaradılmasa, bu zaman ölkəsi gərginlik, "dondurulmuş” münaqişələr, “soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilər. Eynilə, Britaniyanın Brexit siyasəti və s. Münhen konfransından sonra Qərbdə parçalanma fikirlərinə rəvac verə bilər.

Lakin Qərbin hegemonluğunun başa çatmasını iddia etmək qətiyyən doğru olmaz. Burada Qərb deyərkən biz ABŞ və Qərbi Avropanı ayrılıqda nəzərdən keçirməli oluruq. Çünki yuxarıda qeyd etdiyimiz kimi ABŞAvropa arasında artıq "Soyuq müharibə” dövründə olduğu kimi həmrəylik yoxdur, əksinə, Qərbdə Avrosentrizm və Amerikanosentrizm tərəfdarları arasında qarşıdurma kəskinləşib. Üstəlik, Rusiya və Çin qlobal hegemonluq iddialarını gücləndiriblər.

Nəzakət Məmmədova: “Qərbin özündə çoxqütblülük və təkqütblülük, eləcə də bir çox məsələlərdə dərin fikir ayrılıqları mövcuddur. Lakin dünya demokratiyasız yaşaya bilməz, demokratiyada çarə tükənməz, demokratiyalar heç zaman öz aralarında vuruşmaz”.

ABŞ-ın Yeni dünya qaydası planları hələ ki, baş tutmayıb. Çin planetin əhalisinin 62 faizinin yaşadığı bir coğrafiyanı əhatə edən "Bir qurşaq, bir yol" layihəsini həyata keçirərək Avropa ilə meqalayihələr vasitəsilə kommunikasiya yaratmağa nail olub. Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransındakı məşhur nitqindən, Rəcəb Tayyib Ərdoğanın Davosdakı demarşından sonra regional və beynəlxalq münasibətlər sistemində bir çox əsaslı dəyişikliklər baş verib. Artıq aparıcı dünya ölkələri, güc mərkəzləri birmənalı surətdə çoxqütblü dünya sisteminin bərqərar olmasında israr edir. Çünki bu, bir fövqəldövlətin planetar miqyasda hegemonluğuna qarşı ən real çıxış yolu kimi göstərilir.

Regional münaqişələrin alovlanması, bir çox münaqişələrin həll olunmaması, separatizmin güclənməsi, qızğın silahlanma, terror təhdidinin bütün dünyanı ağuşuna alması və sair göstərdi ki, Qərb tarixi şəraitdən doğan bu qlobal missiyanın öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkir. Odur ki, yeni dünya nizamının formalaşması zərurəti yaranıb. Burada Rusiya, Çin kimi qlobal gücə çevrilmək iddiasında olan dövlətlərin xüsusi rolu ols bilər. Qeyd etdiyimiz kimi, Qərbin özündə çoxqütblülük və təkqütblülük, eləcə də bir çox məsələlərdə dərin fikir ayrılıqları mövcuddur. Lakin dünya demokratiyasız yaşaya bilməz, demokratiyada çarə tükənməz, demokratiyalar heç zaman öz aralarında vuruşmaz. Ona görə də heç bir fikir ayrılığı Qərbin süqutu deçək deyildir, əksinə, fikir ayrılıqları özü demokratiyanın ən parlaq sübutudur”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama

Deputat İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı

ARB-nin aparıcısında koronavirus aşkarlandı - Hamıdan halallıq istədi

Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis

İcra başçısı küçələrə çıxdı təbliğat apardı - Foto

Fövqəladə vəziyyət elan olunsa, tətbiq ediləcək qadağalar...

Dövlət Agentliyinin vəzifələri müəyyənləşdi

Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək — Rəsmi

“Ciddiyə almadım, vəziyyətim daha da ağırlaşdı” - Mirvari Fətəliyevadan açıqlama

Azərbaycan hərbçisi faciəvi şəkildə öldü - Foto

loading...

Ən çox oxunanalar