Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

40 il əvvəlki ssenari təkrarlanır: Suriya-Türkiyə probleminin sonu necə olacaq?

Milyonlarla əfqan mühacirinin Pakistana gəlişinin 40 illiyi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Baş katibi Quterres İslamabadda bir konfrans keçirib...

Kayahan Uygur
“OdaTv”, Türkiyə, 16 fevral 2020-ci il

Milyonlarla əfqan mühacirinin Pakistana gəlişinin 40 illiyi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Baş katibi Quterres İslamabadda konfrans keçirib. 40 il əvvəl 1980-ci ildə Pakistan-Əfqanıstan sərhəddində suriyalı dispetçerlər tərəfindən təhsil alan Abdullah Əzzam, onun tələbəsi Üsamə Bin Laden, MKİ və ən əsası da Pakistan gizli xidməti İSİ (Servislərarası Kəşfiyyat) birlikdə Əl Qaidəni yaramıştdı. Pakistanda MKİ-nin layihələrində təlim keçən minlərlə döyüşçü Əfqanıstana göndərilmişdi. Eyni şey illər sonra Suriya üçün də edildi. Sanki tarix təkrar edilir.

Pakistanda İslam liderliyi

O vaxtdan bəri bir çox islamçı terror təşkilatına ABŞ-ın əlaltısı olan Pakistan gizli xidmətinin nəzarət etdiyi dünya mediasında dəfələrlə qeyd edilib. ABŞ öz geosiyasi maraqlarına görə bir siyasi islamçı terror hərəkatına imkan yaradıb, ölkəni qan və atəşlə boğub, müsəlmanlardan istifadə edib və nəticədə, Əfqanıstan xalqını sözün əsl mənasında “insanlıqdan” çıxarıb. Milyonlarla əfqan başda Pakistan olmaqla, müxtəlif ölkələrə köçürülüblər.

Bu gün Əfqanıstanın 10%-i narkoman, 20%-i isə marixuana istifadəçisidir. Burada narkotik təsirli həblər ən azı şəkər qədər çox istifadə edilir. Oğurluq, adam qaçırmaq, ev yarmaq və kütləvi təcavüz kimi hadisələrin yanında terrorçuluq ikinci planda qalır. Hətta oğrular keçən həftə bir aksiya üçün üstündə partlayıcı ilə gəzən adamın cibindən bomba oğurlayıblar. Çünki Əfqanıstanda kiçik ailə münaqişələrində belə ən müasir və ağır silahlardan istifadə edildiyi üçün polis uzun müddətdir ki, ictimai asayiş hadisələrinə müdaxilə etməyi dayandırıb. (“New York Times” qəzeti, 8 fevral 2020)

Narkomaniya 10 yaşında uşaqlar və evdar qadınlar arasında belə yayılıb. Buna görə də şəhərlərin bütün məhəllələrində fahişəlik artmağa başladı. “Outlook Afghanistan” adlı saytın 3 dekabr 2019-cu il tarixli hesabatına görə, bu ölkədə təxminən 800 min evdar qadın heroin aludəçisidir.

Korlanmış bir nəsil

Bir sözlə, ABŞ-ın dəstəklədiyi islamlaşma prosesi yüksəldikcə əxlaq pozulub, imam məktəbləri artdıqca təcavüz hadisələri artıb, hicab yayıldıqca isə fahişəlik rekord həddə çatıb. ABŞ-ın dəstəklədiyi cihadçı terror təşkilatlarının vəd etdiyi dindar bir nəsil əvəzinə pozulmuş bir nəsil meydana gəlib. Bu vaxt, onsuz da zəif olan iqtisadiyyat çökdü və ölkədə tiryək becərilməsindən başqa gəlir mənbəyi yoxdur.

Əfqanıstanda son zamanlarda mafiyanın ortaya çıxardığı yeni bir fəaliyyət də muzdlu döyüşçü ticarətidir. Bir tərəfdən Suriya, İraq və Afrikadakı şiə əfqanlar, digər tərəfdən də sünni əfqanlar özlərini və qanlarını satırlar.

Bəs Pakistan hansı ağılla qonşusu Əfqanıstandakı terror təşkilatlarını dəstəkləyib və hətta ABŞ-ın layihələrinə kömək etməklə Vaşinqtona yaxın olmağa çalışıb? Bunun əsas səbəbi ABŞ-ın Pakistana Əfqanıstanın bir hissəsini vəd etməsi və bundan əlavə, Kəşmir məsələsində Hindistanın əleyhinə olacağına və Pakistanı İslam dünyasının lideri olaraq tanıyacağına söz verməsidir.

ABŞ təbii olaraq bu vədlərin heç birini yerinə yetirməyib. Pakistan Əfqanıstandan bir qarış torpaq belə ala bilməyib və milyonlarla əfqan qaçqın yeni problemlərə səbəb olub. Nəticədə, kasıb olan Pakistan daha da kasıblaşıb, mafiya dövlətinə və narkotik alverçiləri üçün yeni bir bazaya çevrilib. Pakistanda ABŞ-ın dəstəklədiyi islamçılıq artdıqca iqtisadiyyat və sivilizasiya da alt-üst olub.

Heroin və qan ticarəti

Pakistan Əfqanıstan tiryəkinin heroinə çevrilərək dəniz və ya İran yoluyla əvvəlcə Qara dəniz mafiyasına, daha sonra isə bütün dünyaya çatdırıldığı bir mərkəzə çevrilib. Əfqanıstanda olduğu kimi Pakistanda da dərmanlar xalqın səfaləti unutmaq üçün istifadə etdiyi əsas vasitə olub. Bu nümunəni köhnə Pakistanla müqayisə etmək olar. Əvvəllər məhəllə çeşmələrindən axan şəhər suyunu indi mafiya ələ keçirir və dövlətin suyunu pulla xalqa satır. Hətta bu ölkədkiə ən vacib hüquqlar da pozulub. Belə ki, qrup halında fəaliyyət göstərən tayfalar evlərə və torpaqlara basqın edərək insanların mülkiyyət hüquqlarını açıq şəkildə poza bilirlər. (“Express Tribune”, Pakistan, 14 Fevral 2020)

40 il əvvəl Pakistan-Əfqanıstan sərhədində qurulan islamçı tələ nəticəsində Əfqanıstan daş dövrünə, Pakistan da orta əsrlərə qayıtdı. Son əsrlərdə modernləşmə və qərbləşmə hərəkatları nəticəsində müəyyən qədər mədəniyyətlə tanış olan bu ölkələr siyasi İslamın əlinə keçsə də, əslində müsəlman kimi görünən mafiya qruplarının əlinə düşüblər.

Tarixdən heç dərs çıkarılmadığı üçün 40 il əvvəl Əfqanıstan-Pakistan arasında olan balans bu gün Suriya-Türkiyə arasında təkrarlanır. Bilmək lazımdır ki, bu durum Türkiyəni təkcə 300 il geriyə aparmaz, hətta ortadan qaldırar. Pakistan gizli xidməti olan İSİ-nin oynadığı rolu bəyənənlər Türkiyə barədə heç də yaxşı düşüncələri və planları olmayan bəzi qüvvələrə öz əlləriylə fürsət vermiş olurlar.

Tarixdən dərs çıxarmaq

Həmçinin, Əfqanıstan-Pakistan məsələsində Rusiyanın qonşusu Pakistan deyil, Əfqanıstan idi. Buna görə də, Pakistan Rusiyadan gələ biləcək cavabların hədəfinə çevrilməyib. Türkiyə Pakistana yaxınlaşaraq heç bir şey qazana bilməz və həmçinin, durduğu yerdə ABŞ-ın və Rusiyanın ən böyük dostu və super güc namizədi olan Hindistanla arasının soyuqlaşması da qısa müddətdə ona zərər vura bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar