Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Avropa İttifaqı yeni əməkdaşlıq sazişini müzakirə etdi

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan ilə görüşüb...

XİN-dən verilən məlumata görə, konstruktiv və qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüşdə Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələləri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişlə bağlı danışıqların gedişatı müzakirə edilib.

E.Məmmədyarovu səmimiyyətlə salamlayan F.Hoqan Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəyindən əminliyini ifadə edib.

Öz növbəsində, nazir AzərbaycanAvropa İttifaqı arasında yeni saziş layihəsi üzrə aparılan danışıqların cari vəziyyəti və müzakirəsi davam edən məsələlər barədə qarşı tərəfə məlumat verib.

Komissar Azərbaycan Respublikası ilə sazişi layihəsinin ticarət bloku üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin bu ilin iyun ayında keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılaraq tədbir zamanı paraflanmasını təklif edib.

E.Məmmədyarov Azərbaycan tərəfinin danışıqları konstruktiv, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına cavab verəcək şəkildə davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Tərəflər həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhvəsini yüksək qiymətləndirərək Cənubi Qaz Dəhlizinin yekunlaşması və onun gələcəkdə digər layihələr vasitəsilə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar