Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüsseldə beynəlxalq konfransda azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıldı - Foto

Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyenin dəvəti əsasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib...

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, konfransda Avropa İttifaqı Komissiyasının Prezidenti, Albaniya baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti açılış nitqi ilə çıxış edib, eləcə də bir çox dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri bəyanatlarını səsləndiriblər.

Konfransda çıxış edən E.Məmmədyarov qeyd edib ki, Albaniya Azərbaycanın çox mühüm tərəfdaşıdır və bunun ən bariz nümunəsi Xəzər dənizi bölgəsini, xüsusilə də Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ilə əlaqələndirən və İtaliyada başa çatan strateji Cənubi Qaz Dəhlizinin təşviq edilməsi üçün Albaniya Baş naziri Edi Ramanın Bakıya çoxsaylı səfərləri və bu səfərlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşləridir.

E.Məmmədyarov Albaniyada faciəvi zəlzələ baş verən zaman Azərbaycanın bu ölkəyə humanitar yardım göstərən ilk ölkələr sırasında olduğunu və ölkəmizin Albaniyaya yarım milyon avro məbləğində yardım göstərdiyini qeyd edib. O, Albaniya hökumətinə və xalqına daha yarım milyon avro məbləğində yardımın göstəriləcəyi vədini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar