Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN -nin departament direktoru  yarımmilyonluq yeyintidə ittiham olunur 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, bu qurumun sabiq baş mühasibi İlqar Hacıyev və daha üç nəfər yarım milyonluq yeyintidə suçlanır...

İddia olunur ki, bu departamentdə müxtəlif adamların adlarına maaş yazıblar. Əməkhaqqı maaş kartlarına köçürülüb. O kartlardakı pullar da mənimsənilib.

Bu yeyinti ittihamıyla suçlananların sayı 5 nəfər olsa da, onlardan ancaq biri – İlqar Hacıyev həbsdədir. Keçmiş departament rəhbəri və daha üç işçisi – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev haqqında məhkəmənin hökmünə qədər polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, 27 nəfərin adına açılmış maaş kartlarına köçürülən pullar mənimsənilib. Söhbət ümumilikdə 451 min manatdan gedir. Sözügedən 27 nəfər də ara-sıra kənardan texniki xidmət göstərən, ştatda olmayan, işə yeni cəlb edilənlər olub.

Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, həmin 27 nəfər də zərərçəkmiş qismində tanınıb. Hərçənd, adamların əksəriyyəti özünü zərərçəkən saymır. Məhkəməyə də ərizə veriblər ki, bu prosesdə iştirak etmək istəmirlər. O da məlum olub ki, adlarına yazılan maaşın bir hissəsi işçilərdən bəzilərinə nağd şəkildə zəhmət haqqı kimi ödənilib.

602 min manat tələb olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəymiş ziyanın ödənilməsi tələbiylə mülki iddia qaldırıb. Nazirlik mənimsənilən vəsaitlərin əvəzi olaraq təqsirləndirilən şəxslərdən 602 min manat tələb edir. Amma fevralın 17-də məhkəmədə hakim nazirliyin nümayəndəsinə izah edib ki, mülki iddiada tələb olunan məbləğ ittihamda göstərilən rəqəmdən çox ola bilməz. Yəni, bu adamlar 451 min manatı mənimsəməkdə suçlanırlarsa, onlardan 602 min manat tələb etmək olmaz.

Nazirliyin nümayəndəsi fevralın 19-na qədər mülki iddiada düzəliş edib, yenidən məhkəməyə təqdim etməlidir.

O da məlum olub ki, təqsirləndirilən şəxslərdən sabiq departament rəhbəri Əkbər Həsənov dəymiş ziyandan 300 min manat ödəyib.

Digər təqsirləndirilən Orxan Qasımovun anası məhkəmə heyətinə üz tutaraq oğlunun günahsız olduğunu vurğulayıb: «Biz məcburi köçkünük. Mən uşağımı düşməndən qaçırmamışam ki, gətirib burada kimlərəsə yem eləyim. Pulu alan bəlli, yeyən bəlli. Kim yeyibsə, gəlib ödəsin…».

Ə.Həsənov 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə – direktor müavini və direktor işləyib. O, Muxtar Babayev nazir təyin ediləndən sonra vəzifəsindən çıxarılıb. (azadliq.org)

pia.az


Etiket: ETSN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar