Cümə, 03 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya və Türkiyənin Suriya qaşıdurması - Yenidən böyük xaosun qapısı açıla bilərmi?

Artıq demək olar ki, Suriyada konstitusional rejim yaradılması üçün başladılan Astana prossesi dayanıb. Bu prossesin dayanması Suriyanın gələcəyinə necə təsir edə bilər?..

Politoloq: “ABŞ-ın Suriyada Türkiyə ilə birgə hərəkət etməməsi fonunda Rusiya-Türkiyə yaxınlaşması baş verdi. Bu da özünü Astana formatında realizə etdi”.

“Türkiyə- Rusiya əlaqələri uzun müddətli əməkdaşlıq atmosferində olmayıb. Hər iki ölkənin regionda maraqları üst-üstə düşməyib”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə gələcək perespektivdə türk və rus xalqlarının strateji birliklərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov yenə hədələrə məruz qaldığını deyib. Suriyanın İdlib vilayətində hərbi vəziyyətin gərginləşməsinə görə, bundan əvvəl də hədələndiyini söyləyən səfir son günlər bu təhdidlərin artdığını deyib.

Məlumdur ki, 2016-cı ildə Yerxovun sələfi Andrey Karlov Ankarda güllələnərək öldürüldü. Buna baxmayaraq Rusiya ilə Türkiyə arasında Suriyada əmıkdaşlıq davam etdi. Lakin İdlib problemi Rusiya ilə Türkiyə arasında davamlı dostluğun və müttəfiqliyin mümkün olmadığını ortaya qoydu.

Bəs iki xalq arasındakı münasibətlərdə əsas hansı amillər rol oynayır və gələcək perespektivdə türk və rus xalqlarının strateji birlikləri mümkün görünürmü? Artıq demək olar ki, Suriyada konstitusional rejim yaradılması üçün başladılan Astana prossesi dayanıb. Bu prossesin dayanması Suriyanın gələcəyinə necə təsir edə bilər və Suriyada yenidə böyük xaosun yaşanması mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Rusiya-Türkiyə əlaqələri bundan sonra çətin ki, strateji əməkdaşııq səviyyəsində davam etsin”.

Rusiyanın ABŞ və Türkiyə böhranından istifadə edərək Türkiyəni özünə tərəf çəkə bildiyini düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Rusiya da ABŞ kimi strateji fonda Türkiyənin maraqlarını nəzərə almadı və almaq istəmir:

RusiyaTürkiyə yaxınlaşması strateji deyil, taktiki yanaşma idi. Xüsusu ilə ABŞ-ın Suriyada Türkiyə ilə birgə hərəkət etməməsi fonunda Rusiya-Türkiyə yaxınlaşması baş verdi. Bu da özünü Astana formatında realizə etdi. Hər iki ölkənin Suriyada köklü və ayrı-ayrı maraqları var.

Sadəcə olaraq Rusiya ABŞ və Türkiyə arasında olan böhrandan istifadə edərək Türkiyəni özünə tərəf çəkə bildi. Amma, Rusiya da ABŞ kimi strateji fonda Türkiyənin maraqlarını nəzərə almadı və almaq istəmir. Əsəd rejimi ayaq tutandan və müəyyən qədər dirçələndən sonra Kreml Soçi razılşamasının üstündən xətt çəkdi. Baxmayaraq ki, Soçi razılşmasına görə tərəflər İdlibdə de-eskalsiya zonasında bir müddət əməkdaşlıq etməli və Türkiyənin maraqları tanınmalı idi. Amma Rusiya Əsğd ordusunun dirçəlməsi donunda İdlib nəzarət altına almaqda israr edir. Bu gün İdlibdə Əsəd rejimi ilə Türkiyə üz-üzə qalsada, bütövlükdə Əsəd rejiminin bütün addımlarını Rusiya idarə edir və yönləndirir. Ona görə də İdlibdə Türkiyənin qarşısında Əsəd rejimi deyil, Rusiya dayanır. Rusiya Türkiyəni tamamilə Suriyadan çıxarmağa çqlışır və bunun üç1n jər şeyi edir. Digər tərəfdən artıq Astana prosesi də Rusiyaya lazım deyil. Çünki Əsəd bütün Suriyaya nəzarət etdikdən sonra nə Astana, nə də Cenevrə prossesinə ehtiyac qalmır. Rusiya hazırda Suriya müharibəsinin tək qalibi ola bilmək üçün buna cəhd edir. Türkiyədən sonra Rusiya İranı, daha sonra isə ABŞSuriyadan çıxarmağa çalışacaq.

Məhəmməd Əsədullazadə: “Əsəd bütün Suriyaya nəzarət etdikdən sonra nə Astana, nə də Cenevrə prossesinə ehtiyac qalmır. Rusiya hazırda Suriya müharibəsinin tək qalibi ola bilmək üçün buna cəhd edir. Türkiyədən sonra Rusiya İranı, daha sonra isə ABŞSuriyadan çıxarmağa çalışacaq”.

Ümumiyyətlə tarixə nəzərə salsaq, Türkiyə- Rusiya əlaqələri uzun müddətli əməkdaşlıq atmosferində olmayıb. Hər iki ölkənin regionda maraqları strateji üst-üstə düşməyib. Suriya məsələsi də bu fondadır. Hesab edirəm ki, Rusiya-Türkiyə əlaqələri bundan sonra çətin ki, strateji əməkdaşııq səviyyəsində davam etsin. Artıq Ankara Rusiyanın razılaşmalara məhəl qoymadığının fəriqindəsir və Ərdoğanın son açıqlqmalrı da bunu ortayq qoyur. Rusiyanın bu davranışları həmçinin Ərdoğana onu da isbat elədi ki, Qərb müttəfiqlərinə arxa çevirmək, onlardan tamamilə əl çəkmək olmaz.

Hazırda İdlibdə Türkiyəni Rusiyaya qarşı dəstəkləyən NATOABŞ -dır. Türk və rus xalqı arasında dost münasibətlər olsa da, dövlət maraqları ayrıdır. Bu gün Türkiyə turizminə töhfə verən ruslardır. Rusiya xalıq Türkiyəni sevir və burada ən rahat şəkildə istirahətlərini edirlər. Ona görə də burada iki xalq arasında dostluq münasibəti yüksək səviyyədədir. Putinin də türklərə, Ərdoğana simpatiyası var. Amma, dövlət və imperiya maraqları həmişə daha üstün tutulur

Hesab edirəm ki, İdlib üzrə danışıqlarda hər hansı bir nəticənin əldə olunacağı gözlənilməsə də, geniş müharibə olmayacaq. Rusiya istəyir ki, Türkiyə İdlibi Əsədin nəzarətinə versin. Bu istiqamətdə danışıqlar gedir. Amma, burada Türkiyənin itirərəcəyi və qazanacağı, humanitar fəlakətlə üzləşəcəyi Rusiyanı maraqlandırmır. Ona görə də İdlibdə Türkiyə açıq şəkildə hərbi fəaliyyətini genişləndirib.

Qeyd edim ki, Türkiyə Dəməşqə girib Əsədi edam edərsə, Moskva Türkiyəyə qarşı çıxa bilməz. Bu Rusiyanın qlobal müharibəyə sürükləyər və hesab edirəm ki, Moskva Yaxın Şərqdə böyük müharibə aparmağa hazır deyil. Bu üzdən də tərəflərin bir-birlərinə təzyiqləri davam edəcək bə yəqin ki, təzyiqlər açıq hərbi səviyyəyə keçməyəcək. Bütün hallarda Yaxın Şərqdə Rusiya və Türkiyə əməkdaşlığı uzun vədə üç1n mümkün deyil. Çünki tarixən Rusiya və Türkiyənin Yaxın Şərqdəki maraqları çox fəqlidir və ziddiyət yəşkil edir”.

Nərminə UMUDLU
pia. az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin siyahısı

Rus həkimləri şokdadır - Xəstələr gecə yatıb ayılmırlar 

SMS sistemi ilə evdən çıxmağın təfərrüatı açıqlanıb - Video

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

8103-ə yanlış SMS göndərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Küçəyə bu nömrəyə SMS yazmaqla çıxacağıq - Qaydalar

İcra başçısının müavini vəzifəsindən azad edildi  

Hacəttəpə Universitetində çalışan azərbaycanlı həkim: “Əlamətləri bilinmir”

Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?

Xüsusi karantin dövründə fasiləsiz işləyəcək müəssisələr açıqlandı

loading...

Ən çox oxunanalar