Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev: “Zərgərlik sahəsində ciddi problemlər var”

“Zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik. Bu sahədə idxal, yerli istehsal, ixrac əməliyyatlarımızda potensial yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə bilmirik”...

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.

O qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır:

“Qanunsuz fəaliyyətlə məşğul olan yerli və idxalçıların bazarlarının yaradılması bizim üçün qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq, görürük ki, bu sahədə vəziyyət ürəkaçan deyil.

Bu tədbir Prezident İlham Əliyevin Vergi Xidməti və DGK qarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindən biri kimi sayıla bilər. Bu sahədə böyük vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə bunu tənzimləmək mümkün deyil.

Bunun yolu gələcəyə yönəlmiş təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılığa qarşı birgə mübarizə aparmaqdır. Sahibkarlara münbit şəraitin yaradılması da təmin edilməlidir. Dövlət və özəl sektor bu sahədə birgə tədbir görməzsə, hansı verginin azaldılmasından və artırılmasından asılı olmayaraq, bu bazarın inkişaf etdirilməsi mümkün deyil”.

DGK sədri qeyd edib ki, qanunvericilikdə gömrük sahəsində problemlər var:

“Qanunvericilikdə idxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yolu ilə mallarını gətirməsinə şərait yaradır və bu məsələrlə bağlı mübarizəmizi çətinləşdirir. Həm emal, həm də idxalda şəffaflığın təmin olunmasında sahibkarların yanındayıq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar