Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Ordusu bu il qeyri-döyüş şəraitində 13 hərbçisini itirib

“Ermənistan ordusunda həqiqətən də kriminal hadisələr üçün xarakterik olan qəbuledilməz hallar baş verir”...

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan son vaxtlar Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artmasını şərh edərkən deyib.

O bildirib ki, 2019-cu ilin iyunundan orduda 8 intihar cəhdinin qarşısı alınıb. Lakin Baş Qərargah rəisi intihar hallarının statistikasını açıqlamayıb.

Qeyd edək ki, son vaxtlar Ermənistan Ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artması ilə əlaqədar fevralın 18-də Ermənistan Milli Məclisinin İnsan haqları və ictimai məsələlər komissiyasının qapalı iclası keçirilib.

Məlumatlara görə, bu ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində və Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələrdə qeyri-döyüş şəraitində 13 erməni hərbçi ölüb. Ölümlərin əksəriyyətinin intihar olduğu bildirilir.

Artıq Ermənistan Prezidenti və Baş Naziri də orduda ölüm hallarının artmasından narahatlıqlarını ifadə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar