Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünya Bankının Azərbaycana verəcəyi yeni kreditin təsdiqlənəcəyi tarix məlumdur

Dünya Bankının (DB) Direktorlar Şurası tərəfindən Azərbaycanda “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə kreditin verilməsinin martın 26-da təsdiqi gözlənilir...

DB-dən “Report”a verilən məlumata görə, layihənin 70 milyon ABŞ dollarının 50 milyonu Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı xətti ilə, qalan 20 milyon ABŞ dolları isə hökumət tərəfindən ayrılacaq.

Layihə aşağıdakı komponentlərdən ibarətdir:

məhkəmə xidmətlərinin təkmilləşdirilməsi;

təsisat potensialının və səmərə dərəcəsinin artırılması;

məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi;

layihənin idarə olunması və əlaqələndirilməsi;

məhkəmə sisteminin daha səmərəli hala gəlməsi üçün qabaqcıl texnologiyaların tətbiqi.

Birinci komponent çərçivəsində Gəncə və Şirvan şəhərlərində elektron məhkəmələrin tətbiqi, həmçinin məsləhət xidmətləri, təlimlər və reabilitasiya vasitəsilə qadınlar, kiçik müəssisələr kimi həssas qrupların məhkəmələrə çıxışını dəstəkləmək nəzərdə tutulur.

İkinci komponent ayrı-ayrı məhkəmə xidmətlərini dəstəkləmək, hakimlərin və başqa əməkdaşların peşəkarlığını artırmaq üçün ədliyyə strukturlarının informasiya idarəçiliyini və əməliyyat qabiliyyətini yüksəltməyi nəzərdə tutur.

Üçüncü komponent layihənin əsas vəzifələrini icra etmək, qabaqcıl texnologiyaları tətbiq etmək üçün yerli və əcnəbi ekspertləri cəlb etməyi nəzərdə tutur.

Dördüncü komponent əmtəə, məsləhətçi xidmətləri, təlim vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun vətəndaşlara məhkəmə xidmətlərini daha səmərəli göstərməkdə qabaqcıl texnologiyaların tətbiqini idarə edəcək.

Beləliklə, yeni kredit əsas layihə çərçivəsində həyata keçirilən innovasiyaları daha da inkişaf etdirmək, ölkə Prezidentinin “Elektron informasiya məhkəmə sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il tarixli, “Məhkəmə hüquq sistemindəki islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanlarının, 2019-2023-cü illər üçün ədliyyənin inkişafına dair dövlət proqramının icrasını dəstəkləmək vəzifəsini daşıyır.

İndiyədək ölkədə məhkəmə-hüquq sisteminin islahatlarını dəstəkləmək üçün DB üç kredit ayırıb. Bunlardan birincisi, 21,6 milyon ABŞ dolları məbləğində 2006-cı ildə, ikincisi, 33,4 milyon ABŞ dolları məbləğində 2011-ci ildə, üçüncüsü, 100 milyon ABŞ dolları məbləğində 2014-cü ildə təsdiqlənib.

Bütövlükdə Azərbaycanla DB arasında 1995-ci ildən etibarən davam edən əməkdaşlıq çərçivəsində bank tərəfindən 41 586 milyon ABŞ dolları məbləğində 45 qrant və 50-dən artıq layihənin həyata keçirilməsi üçün 3 milyarddan artıq ABŞ dolları məbləğində kreditlər ayrılıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Dünya Bankı


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda koronavirusdan ölənlərin dəfn qaydası açıqlandı - Video

Bu bölgəmizdə koronavirus yoxdur - Rəsmi açıqlama

Hökumət koronavirusa görə ailələrə yardım edəcəyi tarixi açıqladı - Rəsmi

Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

Koronavirusun ən çox yayıldığı ölkələrin adları açıqlandı - Siyahı

Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama

“Ölmək istəyirsinizsə, boğazınıza kəndir salın” - Xalq artisti od püskürdü - Foto

Qusarda dəhşət:  Oğul anasını qətlə yetirdi

loading...

Ən çox oxunanalar