Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Nike”ın sahibi Çindən fabriklərini niyə çıxarmışdı?

Ərgün Dilər

“Takvim”, Türkiyə, 18 fevral 2020-ci il

Qəribədir, Çində baş verən hadisələr haqqında burada nə haqq etdiyi qədər danışılır, nə də yazılır. Ya da mənə elə gəlir. İnanın, heç cürə anlaya bilmirəm. Dünyanın zirvəsindəki yeganə mövzu budur. Amma gəlin, görün ki, bizə də çox təsir edəcək bu məsələ seçilən mövzuların sırasında nə qədər aşağılardadır.

Ötən ilin dekabr ayında görünməyə başlayan koronavirus hücumuna rəğmən, hələ ki, Çindən bir həmlə belə, gəlməyib. Bu cavabın veriləcəyinə ümid edərək, baş verən hadisələrə baxıram. Bu anadək bir addım belə, atılmayıb. Və Çin üçün çətin olan bu proses canyandırıcı şəkildə davam edir.

Koronavirus Çin iqtisadiyyatını yerlə bir edə bilərmi? Aktual sual budur. İndiki durumu görməsəydik, “Əsla!” deyə bilərdik. Ancaq indi durum kritikdir. Bir virus Çini rəsmən gəmirir…

Ötən ilin dekabrından əvvələ gedək, virusun ortaya çıxmasından öncəki bir neçə önəmli addımı yada salaq və hadisəni anlamağa çalışaq.

“Dərin Amerika”nın koronavirus əməliyyatına necə start verdiyini incələyək.

Ötən ilin sentyabr ayında “Dərin Amerika” “İpək yolu” ilə əlaqədar olaraq Çinlə anlaşmaq istəyirdi. Doğrusu, danışıqlar gedirdi, lakin anlaşma yox idi. Çin bəzi addımlar atsa da, burada özünün yeganə sahibkar olduğunu həm söyləyir, həm də hiss etdirirdi.

Plana əsasən, 65 ölkə Pekinlə birgə oturub duracaqdı. Çin bunun hesab-kitabını etmişdi, ABŞ-a boyun əymirdi. Çin 65 ölkəni yanına alaraq planladığı yola çıxdığı zaman, ABŞ bitəcəkdi. Bu haqda çox yazdıq. Vaşinqton üçün risk inanılmaz dərəcədə böyük idi. Görüşlər də ümidsizcəsinə davam edirdi.

Bunun arxasınca da Çinin ABŞ-a meydan oxuması gəldi. ABŞ-a qapını göstərən çıxış ÇXR-in 70-ci ildönümündə nitq söyləyən dövlət başçısı Şi Cinpinqdən gəldi. Şi Cinpinq bu nitqində ABŞ-ı hədəfə qoyurdu: “Heç bir güc Çinin yüksəlişini əngəlləyə, durdura bilməz. Biz dinc bir dövr üçün çalışırıq. Eynisini gözləyirik”.

Bu, açıq şəkildə “dərin Amerika”ya meydan oxumaq, yeni dünya nizamının Pekin mərkəzli olacağını elan etmək idi. Bunu anlamaq üçün diplomat olmağa da ehtiyac yoxdur. Vaşinqton da lazım olan dərsi aldı. Və düyməyə basdı. Artıq qərar verilmişdi, gözləməyə zaman da yox idi. Özləri üçün belə düşünürdülər. Bu səbəblə, ABŞ Çinə yaxşı bir dərs verməyi önə çəkdi. “Dərin masa”nın qərarı belə idi.

Şi Cinpinqin oktyabrın əvvəlindəki təhdidinə koronavirusla cavab verildi. Heç kim danışmadı, heç kim hər hansı bir xəbərdarlıq etmədi. Amma koronavirus həyatımıza girdi. Öncə gizlədildi, lakin hadisə böyüyüncə, artıq üstü örtülə bilmədi.

ABŞ-dan gələn bu həmlənin qərarını yevangelistlər verdi. Baş rolu da “dərin Amerika”nın yevangelist cərəyanının ən önəmli təmsilçilərindən olan, “Nike” firmasının sahibi Fil Nayt oynayırdı. Nayt yaşlı, amma sözükeçən bir şəxsdir. Çinin güclənməsini təmin edən və dünyaya açılmasını başladan məhz “Nike”-ın sahibi Fil Nayt idi. “Nike”-ın sahibi Çindən ötrü gözləməyin artıq mənasız olduğunu söyləyirdi.

Bəlkə də, Fil Naytın koronavirusdan xəbəri yoxdur. Ancaq Çinin bitirilməsi üçün edilən seçimlərdən xəbəri vardır. Daima Çini müdafiə edən, “İpək yolu”nun ABŞ üçün önəmli olduğunu söyləyən və Pekinə elçilər göndərən Fil Nayt da artıq “Lazım olan edilsin!” nöqtəsinə gəlmişdi. Onun qərarı önəmli idi. Çünki ağırlığı böyükdür. O, “İpək yolu” ilə bağlı anlaşma olması üçün çox çalışdı, lakin alınmadı.

Doğrusu, hələ koronavirus yoxikən “Nike” Çindəki fabriklərində istehsalı durdurmaq üçün addımlar atırdı. Alınan qərarı hiss etdirirdi. O həftə Fil Naytın “mənəvi oğlum” dediyi şəxsin Sinqapurdan ölüm xəbəri gəldi. Bu xəbər təsdiq olunmasa da, cinayət hadisəsi Pekinin üstündə qaldı. 50 dollar sərmayə ilə “Nike”-ı qurduğunu iddia edən Fil Nayt, artıq fitili yandırmışdı.

“Nike” heç bir zaman idman markası olmadı. Daima dünyanı idarə edənlərin qatında idarəedici oldu. Orada Fil Naytın nə qədər güclü olduğunu bilməyən yox idi.

Artıq Çində qorxulan olurdu. Bütün olanlardan sonra Pekin də “Necə bir həmlə ilə 2019-cu ilin ilk dövrünə dönə bilərik” deyərək, öz planlarını qurur. Çox asan deyil. Birinə meydan oxuyursunuzsa, deməli, əlinizdəki kozırları da bilirsiniz. Ancaq görünən odur ki, Çin özünü başqa cür görürmüş. Dünyanı idarə edə biləcək bir güc olduğuna inanırmış. Əslində, bunun belə olmadığı məlum idi, ancaq Pekin bunu anlamadı. Şi Cinpinq nümayiş zamanı nüvə silahlarının kölgəsində, bəlkə də bilmədən, fitili yandırmışdı.

İndi güc balansını bilən şəxslər, ““İpək yolu”nu Vaşinqtona təhvil versələr də, artıq çətindir. Çünki görünən odur ki, Çinə böyük dərs verilməsinə qərar verilibdir. Vaşinqtondakı “dərin masa”nın bu qərarı çox şiddətli alındı” deyərək, baş verən hadisələri şərh etməkdədirlər.

Çinin bir daha belə bir addımı düşünə bilməsi üçün zamanı olacaqmı? Çətin…

Çinə təsir edən bu virus, əslində, bütün dünyaya təsir edir. 5 qitəyə də təsir etdi. Onlarla ölkə Çinlə ortaqdır. İndi o ölkələrin bir çoxu da panikadadır. Çin təkbaşına irəliləmədiyini anladı.

ABŞ bu gün koronavirus peyvəndini Pekinə göndərə bilər. Ancaq bunu etsə belə, Pekin daima Vaşinqtonun istəklərini qəbul etməyə məcbur olacaq. Çünki Çin 1,5 milyard adamın yaşadığı bir ölkədir. Bu səbəblə, Çin Mərkəzi Bankının 3 trilyon dollarlıq ehtiyatı çox da böyüdülməməlidir. Pekin açıqlamasa da, Çin Mərkəzi Bankı 7 yanvardan etibarən bazara 400 milyard dollar çıxardı. Lakin heç bir təsiri olmadı. Ona görə ki, istehsalın olmadığı bir ölkədə 3 trilyon dolların 3 dollar qədər hökmü yoxdur. İstehsalın başlaması üçün də ABŞ-ın razı salınması önəmlidir.

Anlaşılan odur ki, ABŞ hələ razı salınmayıb. Çin necə bir təkliflə ABŞ-ı razı salacaq? Çox önəmli qərarların alınacağı günləri yaşayırıq.

ABŞ, 2015 və 2016-cı illərdə Çini iki dəfə vurdu. Çin 3 dəfə devalvasiyaya getdi. Vaşinqton Pekinin xəbərdarlığı aldığını düşünürdü, amma almadığını gördü. Bu səbəblə, təkrar ABŞ-ı yuxuyavermə taktikasına getmək Çinin çöküşü olacaq. Ona görə də bu iki güc arasında “Böyük anlaşma”ya bel bağlayanlar da olmamış deyil.

Bu anda isə Çin əriyir… Həqiqət də budur. Əgər anlaşma ilə Çin qurtula bilməzsə, dünyanın hər bir bucağı böhrana girəcək. Bunu bilmək üçün də iqtisadçı olmağa ehtiyac yoxdur. Bu, hər kəsə, hər bir dövlətə təsir edəcək.

Bu təhlükəni görənlərin başında “Alibaba”-nın sahibi Daniel Çjan gəlir. O, “Təəssüf ki, “qara quyu”ya düşə bilərik. Bu, çox ciddi bir durumla qarşı-qarşıya olduğumuzu göstərir. Dünya iqtisadiyyatı bir anda relsdən çıxa bilər. Bu dəfə düzəldilməsi də çox çətin olar” dedi. Daha nə desin?!

ABŞ-la Çin anlaşmazsa, kimin başına nə gələcəyini heç kimsə bilmir.

“İpək yolu” haqqında danışdığımız mərhələdən tamamilə fərqli bir nöqtəyə gəldik. Özü də tək bir virusla…(Tərcümə Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: “Nike”


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - Rəsmi

Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

ABŞ kəşfiyyatının daha bir koronavirus xəbərdarlığı üzə çıxdı

“Virusla bağlı qara günlər qarşıdadır” - Sağ qalmaq üçün 7 qızıl şərt...

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi açıqlandı - Rəsmi

Ziyafət Əsgərov: “Dövlətə bu qədər düşmən kəsilmək olmaz”

loading...

Ən çox oxunanalar