Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonluq biznesi əlindən alınmış İlqar Hacıyev reyderliklə mübarizəyə başlayır

(London, Birləşmiş Krallıq, Fevral 11, 2020. My Webpage EINPresswire.com)

Kiçik oğlan ikən Sovet fabrik işçilərinə şüşə qablarda pivə satmaqla sahibkarlığa başlayan, Rusiya, Ukrayna və Azərbaycanda müxtəlif sahələri əhatə edən 1 milyard dollarlıq biznes qurmuş İlqar Hacıyev heç vaxt reyderliklə mübarizəyə qoşulacağını təsəvvür etməyib.

Bunu ABŞAvropada fəaliyyət göstərən KİV-lər azərbaycanlı iş adamı İlqar Hacıyev barəsində yazıblar.

Xarici KİV-lər yazır ki, Azərbaycan əsilli iş adamı İ. Hacıyev, rusiyalıların “reyderlik” adlandırdığı, çirkli yollarla, hədə-qorxu və zor tətbiq etməklə, təzminat ödənmədən biznesi ələ keçiriləndən sonra belə bir mübarizəyə başlamaq məcburiyyətində qalıb:

Hacıyev Sovet İttifaqı süquta uğrayarkən yaranmış xaos zamanı, xüsusi ilə də Rusiyada, bunun praktiki şahidi olsa da, bu hadisənin onun da başına gələcəyinə inanmırdı. Nəhayət, artıq 2019-cu il idi və “Forbes” siyahısında adıçəkilən və yekunda ona xəyanət edəcək qüdrətli şəriki Qod Nisanovla (Moskvada yaşayan azərbaycanlı iş adamı (əslən yəhudidir) - red.) uzun illərdir birgə çalışmışdı.

Bu ikili Moskva ərazisində üç hündürmərtəbəli kompleksi birlikdə inşa etdirdilər. Lakin layihələrin tərkibinə daxil olan kommersiya mülkləri ilə yaşayış evlərinin faiz nisbəti məsələsində fikir ayrılığı yarandı.

Mübahisəni həll etmək mümkün olmadıqda Nisanov silahlı şəxsləri kompleksləri ələ keçirməyə göndərir. O, Hacıyevə hələ tamamlanmamış layihələrdə itirdiyi on milyonlarla dollar sərmayənin əvəzinə heç bir təzminat ödəməyib. Bu kabus Hacıyevə ölüm təhdidləri başladığı zaman daha da pisləşdi və onu ailəsi ilə birlikdə Almaniyaya qaçmağa məcbur etdi.

Yaşadıqları bu qorxunc və travmatik hadisədən sonra Hacıyev, “reyderliyin” qarşısını almaq üçün bir mərkəz açmaq qərarına gəldi.

Hacıyev Londonda əsası qoyulmuş, Rusiyada İş Şəffaflığı və Korporativ Reyderliklə Mübarizə Mərkəzinin fəaliyyətə başladığını elan etdi. Veb-səhifə: My Webpage (www.fightraids.com)

O, mərkəzin yaradılmasının vaxtının çoxdan yetişdiyini dilə gətirdi.

Rusiya informasiya vasitələri “reyderlik” nəticəsində baş vermiş trilyon dollar həcmində oğurluq barədə məlumat verirlər. Onların hesablamalarına görə, hər il vicdansız insanlar və cinayətkar qurumların rəhbərləri əksəriyyəti rusiyalılara məxsus, lakin son zamanlar amerikalıların, ingilislərin və digər xarici vətəndaşların da sahibkarı olduğu Rusiyanın 70.000-dən çox şirkətini ələ keçirmək üçün quldur dəstələr göndərirlər.

"Bu təcrübə sıfırdan böyük və kiçik şirkətlər qurmuş on minlərlə vicdanlı iş adamının həyatını məhv edir", - deyə Hacıyev bildirir. “Ancaq bu, təkcə fərdi sahibkarlara və şirkətlərə təsir etmir. İqtisadçılar bildirir ki, bu, ümumi daxili məhsulu aşağı salır. Çünki qanunsuz olaraq şirkətləri ələ keçirən şəxslər onları necə idarə etməyi bilmir və nəticədə məhsuldarlığa böyük zərbələr vurulur”.

Hacıyev bildirib ki, reyderlik Rusiyaya və keçmiş Sovet İttifaqının digər ölkələrinə xarici sərmayələrin qoyulmasına mane olur: "Niyə bir gecədə hər şeyi qanunsuz olaraq itirə biləcəyiniz bir ölkəyə sərmayə qoyasınız?".

Mərkəzin əsas vəzifəsi şəxsləri və təşkilatları çirkli yollardan və zor tətbiq etməklə, təzminat ödəmədən şirkətləri ələ keçirməsinin qarşısını almaqdır.

Hacıyev deyib ki, bunu təbliğat, müdaxilə, AvropaABŞ-da maarifləndirmə işlərinin aparılması yolu ilə həyata keçirəcək.

Təbliğati işləri siyasətçilər, alimlər, digər nüfuzlu şəxslər, jurnalistlər və Rusiya daxilində və xaricindəki ictimaiyyətlə ünsiyyətdən ibarətdir.

Müdaxilə reyderlik qurbanlarına öz bizneslərini geri qaytarmağa kömək etməklə məşğul olacaq. Bunu həyata keçirmək üçün strategiya budur: hər bir fərdi işə təsir göstərə biləcək siyasətçilər və digər liderlərlə danışıqlar aparmaq və ilk növbədə qanunsuz olaraq biznesi ələ keçirmiş şəxslərə qarşı məhkəmə iddiaları qaldırmaqdır.

Maarifləndirmə işləri isə mümkün qədər çox insanın reyderlik, xüsusən də onun vurduğu zərər haqqında informasiya əldə etməyi ehtiva edir. Bunun üçün mərkəz bu informasiyanı yaya biləcək jurnalistlər, alimlər, siyasətçilər və digərləri ilə işləyəcək. Bundan əlavə, mərkəz mövcud praktikanı müzakirə etmək və bunun həll yollarını tapmaq üçün konfranslar, seminarlar, simpoziumlar və digər tədbirlər təşkil edəcəkdir.

“Reyderliyin qurbanı olmuş hər bir şəxsin bizə qoşulmasını istərdik”, - deyə Hacıyev bildirib. "Bu mübarizədə sayımız nə qədər çox olsa, uğur qazanmaq ehtimalımız da bir o qədər yüksəkdir".(reyting.az)

pia.az


Etiket: İlqar Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar