Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlkin Süleymanovun vəkilləri: “İstintaq materialları bizdən gizlədilir”

Vəkillər istintaqın gedişatından narazıdırlar...

Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri istintaqın gedişatından narazıdırlar.

Vəkil Zabil Qəhrəmanov Oxu.Az-a bildirib ki, iş üzrə istintaq materialları vəkillər üçün qapalıdır, bu isə prosedur qaydalarının pozulmasıdır.

“Qanuna görə, təqsirləndirilən şəxs və onun vəkili cinayət işinin materialları ilə tanış olmaq hüququna malikdir. Bu, onlara toplanmış sübutları qiymətləndirməyə, əlavə istintaq hərəkətləri üçün vəsatət təqdim etməyə və məhkəmədə iştirak üçün mövqelərini formalaşdırmağa imkan verir. İstintaq 10 gün ərzində müdafiə tərəfini iş materialları ilə tanış etməlidir. Amma biz hətta qətlə yetirilən Nərmin Quliyevanın cəsədinin yarılma müayinəsində hansı rəyin verildiyini və istintaqın onu nə vaxt aldığını bilmirik. Bizə ittihamın mahiyyəti və məzmunu barədə məlumat verilməli idi”, - deyə Z. Qəhrəmanov bəyan edib.

Yanvar ayının sonunda İ.Süleymanovun vəkilləri müvəkkilinə münasibətdə məhkəmə tibbi ekspertizasının təyin edilməsi xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət edib.

İ.Süleymanov məhkəmədə onlarla görüşərkən, həbs edildikdən sonra aldığı bədən xəsarətlərini göstərib. Saxlanılan şəxs bütün etiraflarını fiziki təzyiq və işgəncə altında etdiyini bildirib.

Ancaq 20 gündən çox vaxt keçməsinə baxmayaraq, prokurorluq müdafiə tərəfinin tələbinə cavab verməyib.

“İlkini istintaq təcridxanasında gördüm və istintaq orqanının cavabını gözləyirəm. Müdafiə tərəfinin bəzi arqumentləri var, amma bunları açıqlamırıq. Sonra ictimaiyyət bunları öyrənəcək”, - deyə vəkil əlavə edib.

Qeyd edək ki, təqsirləndirilən şəxsin üç vəkili var: Gəncə bürosunu təmsil edən Zabil Qəhrəmanov, həmçinin Vəkillər Kollegiyasının Bakı bürosundan Əlibaba Rzayev və Murtuzəli Abbasov.

İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabr saat 15:00-da qonşuların toy şənliyi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar