Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi məktəbliləri maarifləndirdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü ilə tədbir təşkil edilib...

Bu gün Hümanitar Fənlər Təmayüllü məktəb-liseyində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə Azərbaycanda, yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü ilə tədbir təşkil edilib.

PİA.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Daxili İşlər Nazirliyi və Xətai rayon Polis İdarəsindən nümayəndələr, kütləvi informasiya vasitələri, məktəb-liseyinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin aparılması Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdürü Fəridə Süleymanova həvalə edilib. Şagirdlər komandalar quraraq yarışıblar, onlara ünvanlanan suallarla yol hərəkəti haqqında biliklərini nümaiş etdirib və komandalar arasında müxtəlif yol hərəkəti qaydalarından ibarət maarifləndirici oyunlar oynayıblar.

Tədbirin yekununda qalib gələn komandalara BŞDYPİ-nin rəisi Rəşid Piriyevin imzası ilə təstiqlədiyi təşəkkürnamələr, kubok və “İnci” şirkətinin məhsulları olan məktəb ləvazımatları hədiyyə kimi təqdim edilib. Əlavə olaraq zalda əyləşən şagirdlərdən ibarət tədbir iştirakçılarına da suallar ünvanlanıb və mükafatlandırılıblar.

Fəridə Süleymanova sonda Polkovniki və qonaqları səhnəyə dəvət edib. Səhnədə polis polkovniki Vaqif Əsədov, məktəb direktoru Nəzakət xanım, YPX.AZ media şirkətinin rəhbəri Səməndər Niftəliyev, avto ekspert Elməddin Muradlı və digər qonaqlar çıxış ediblər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YPX.AZ-a tədbir haqqında məlumat verərək bildirib ki:

“Ümumiyyətlə Dövlət Yol polisi əməkdaşları gündəlik inzibati tənbeh tədbirlərinin görülməsinə, profilaktik tədbirlərin keçirilməsinə, təbliğat işlərinin aparılmasına önəm verir. Əlbəttə ki, yol polisi olaraq fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Əvvəl hərəkətin təşkil edilməsi, daha sonra mərhələ təbliğatın aparılması, xidmət apardığımız ərazidə yol hərəkəti qaydalarını pozanlara inzibati tənbeh tədbirləri görməkdir ki, yol hərəkəti hadisələri sayının azalmasıdır.

Bu günki tədbirimizin məqsədi təbliğat işinin gücləndirilməsinə yönəlik olduğunu deməklə yanılmaram və məlumat üçün bildirim ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edilib ki, qəza hadisələri sayının aşağı düşməsində, xüsusilə məktəb yaşlı, azyaşlı uşaqların həyat və sağlamlığının qorunmasında təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulub. Bu baxımdan Bakı şəhər ərazisində yerləşən təhsil müəssisələri və yaxud təhsiləqədər müəssisələrdə bu tədbirlərin keçirilməsi və keçirilən görüşlərdə azyaşlı uşaqlara yol hərəkəti qaydalarından izahat işlərinin aparılması və təhlükəsizlik qaydalarını aşılanması öndə gedən məqsədimizdir.” (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar