Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

BMT İdlibdəki vəziyyətlə bağlı çağırış etdi

BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb...

Milyona yaxın insanın ciddi təhlükə altında olduğu Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib və münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib.

"Report" xəbər verir ki, Ali Komissar son aylarda İdlibdə 900 000 nəfərdən artıq insanın evlərini və ya sığınacaqlarını tərk etdiklərini vurğulayıb.

İndi onların çoxu şimal vilayətləri olan İdlib və Hələb vilayətlərindədirlər, bu isə şaxtalı hava şəraitində onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdırır.

Ali Komissar bildirib ki, insanların həyatlarının qorunması və təhlükəsiz yerlərə çıxış əldə edə bilməsi üçün döyüşlərə son qoyulmasına ehtiyac duyulur.

BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb: "Hər bir gün ötdükcə bu çağırışın aktuallığı artır. Minlərlə günahsız insan beynəlxalq birlikdəki parçalanmanın bədəlini ödəyə bilməz, beynəlxalq birliyin bu böhranın həllini tapa bilməməsi bizim kollektiv beynəlxalq vicdanımızda ciddi ləkəyə çevriləcəkdir. Əvvəllər olduğu kimi böhran məqamlarında mən həmçinin qonşu ölkələrə, o cümlədən Türkiyəyə çağırış edirəm ki, qəbul edə biləcəkləri insanların sayını artırsınlar ki, ən çox təhlükədə olan insanlar təhlükəsizliklərinə qovuşa bilsinlər – hərçənd bilirəm ki, bu ölkələrin imkanları və ictimai dəstəyi artıq son həddə çatır. Artıq 5,6 milyon qaçqını qəbul etmiş bu ölkələr üçün, hansı ki, onların 3,6 milyonu Türkiyədədir, beynəlxalq dəstək davam etdirilməli və artırılmalıdır".

O qeyd edib ki, hesablamalara əsasən hazırda Suriyanın şimal-qərbində dörd milyondan artıq mülki əhali yaşayır: "Onların yarısından çoxu məcburi köçkünlərdir. Onların çoxu illərlə didərginlik həyatı yaşayır və olduqları yerləri bir neçə dəfə tərk etməyə məcbur olublar. Yeni didərgin düşənlərin təxminən 80 faizi qadınlar və uşaqlardır. Bir çox ahıl insanlar da risk altındadırlar. BMTSuriyadakı və başqa yerlərdəki digər tərəfdaşlar İdlib zonasında didərgin insanlara yardımın təşkili üzərində həftələrlə işləyiblər. Didərginliyin intensivliyini və miqyasını nəzərə alsaq, sığınacaqlara ciddi ehtiyac var. Sərt qış havası (o cümlədən qar, daşqınlar, mənfi temperatur və yanacaq qiymətlərinin artması) çətinlikləri və iztirabları daha da artırır".

F.Qrandinin sözlərinə görə, humanitar təşkilatlar mümkün olan bütün vasitələrlə, o cümlədən sığınacaq və təcili tibbi yardım dəstlərini Türkiyədən gətirməklə, yardımları insanlara çatdırmağa çalışırlar: "Ərazilərdəki yerli tərəfdaşlar psixososial dəstəyin, hüquqi məsləhət və yardımın göstərilməsi və ən həssas vəziyyətdə olan insanların zəruri xidmətlərə çıxış əldə etməsi üçün çalışmaqda davam edirlər, amma onların özlərinin də çoxu qarışıqlıq şəraitində çalışırlar. Humanitar yardımların təhlükəsiz çatdırılması və humanitar işçilərin təhlükəsizliyi təmin edilməlidir. BMT QAK 275 minədək insana (55 min ailəyə) zəruri tələbat əşyaları ilə, İdlibdəki digər 84 min insana (14 min ailəyə) isə sığınacaqlarla yardım etməyə çalışır. O həmçinin 2,1 milyonadək insanın təcili tələbatlarını təmin etmək üçün regionda ehtiyat yardımlar, o cümlədən 400 min çadır yerləşdirib. Humanitar qurumlar olaraq biz insanların həyatlarını xilas etməyə çalışırıq, amma bu səylərimiz üçün məkan daralmaqdadır. Bu cür iztirabların qarşısında təkcə humanitar yardım çıxış yolu ola bilməz".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: BMT İdlib


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

Kissincerin pandemiya və dünya nizamı haqqında düşüncələri...

Yeni funksiyalar işə düşdü – Evdən çıxmaq istəyənlərin nəzərinə - Video

Koronavirus Qərb sisteminə olan inamı sarsıtdı...

Şagirdi ilə intim münasibətdə olan 59 yaşlı müəllim həbs edildi

Karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama

loading...

Ən çox oxunanalar