Cümə axşamı, 02 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Neftçalada saxlanılan icra başçısı hakim qarşısına çıxarılır

Dünən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı bəzi məqamlar üzə çıxıb...

İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib, rayonun ayrı-ayrı sahələrə rəhbərlik edən şəxsləri isə İcra Hakimiyyətinin binasında dindirilir.

Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və icra başçısının müavinləri və şöbə müdirləri də var.

Məlumata görə, dindirilmə, əsasən, rüşvət faktları ilə bağlıdır. Bu istiqamətdə dünəndən bəri bir sıra şəxslərin izahatları alınıb.

Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar.

Qeyd edək ki, İsmayıl Vəliyev dünən günorta saatlarında saxlanılıb. O, səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməkdə ittiham olunur.

Dünən onun tutduğu vəzifədən azad edilməsi ilə bağlı prezident sərəncam imzalayıb. (Bakupost)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronavirus qidalar vasitəsilə insana keçə bilərmi?

Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limit artırıldı

Azərbaycanda dollar satışı məhdudlaşdırıldı? - Rəsmi

ABŞ çalxalanır: Tramp “Dərin dövlət”ə təslim oldu…

Koronavirus fəlakətinin iqtisadi nəticələri - Sabiq nazir şərh edir

“Bizi qarşıda çox dəhşətli günlər gözləyir” – ABŞ prezidenti

Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - Siyahı

Bu hallar da xüsusi rejimin pozulması hesab olunacaq

loading...

Ən çox oxunanalar