Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya və Türkiyə arasında qarşıdurma güclənir – Ən pis ssenari reallaşa bilər

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Suriyanın şimal-qərbində Suriya hərbi-hava qüvvələrinin zərbələri nəticəsində iki əsgəri həlak olub və beş əsgər yaralanıb...

“Röyters” agentliyinin yaydığı xəbərə görə, təkcə bu ay Türkiyənin Suriyanın İdlib bölgəsində verdiyi canlı itkinin sayı 15-ə çatıb. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İdlibdə cavab atəşi ilə Suriyanın 50 əsgəri öldürülüb.

Türkiyə qüvvələrinə bu son hücumdan əvvəl Prezident Rəcəb Tayyip Ərdoğan demişdi ki, onun ölkəsinin silahlı qüvvələrinin İdlibdə hücumu hər an baş verə bilər.

Hazırda Rusiya aviasiyasının dəstəyinə söykənən Bəşər Əsəd qüvvələri İdlibdə Türkiyənin himayəsi altında olan qüvvələrin üzərinə hücumu davam etdirir. Bu ayın əvvəllərində Suriya hökumət qoşunlarının hücumları nəticəsində 13 Türkiyə əsgəri öldürülmüşdü. O vaxt Ərdoğan bəyan etmişdi ki, bundan sonra bircə Türkiyə əsgəri də öldürülərsə, Ankara Suriya qüvvələrinə ölkənin istənilən yerində zərbə endirəcək.

Türkiyə bildirir ki, cavab zərbələri nəticəsində Suriya tərəfi 5 tank, iki zirehli yük maşını və bir top itirib. Bunun ardınca Türkiyənin kommunikasiyalar direktoru Faxrəddin Altun deyib ki, iki Türkiyə əsgəri Suriya rejiminin hücumu nəticəsində həlak olub.

Türkiyə qüvvələrinin üzərinə hücuma səbəblərdən biri də İdlibdə Suriya hökumət qoşunları ilə Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri arasında toqquşmaların intensivləşməsi idi. Türkiyə artilleriyası İdlibdəki Nayrab şəhərini ələ keçirməyə çalışan qiyamçılara dəstək verir. Bu səbəbdən Rusiya Türkiyəni bu bölgədə silahlılara kömək etməkdə ittiham edib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görəı, fevralın 20-də Türkiyə və Rusiya silahlı qüvvələri birbaşa toqquşmaya çox yaxın olublar. Məlumatda deyilir ki, Suriya silahlı müxalifəti Türkiyə artilleriyasının qoruması altında Nayrab şəhəri üzərinə hücuma başlayıb.

Anti Əsəd qüvvələri nəhayət Suriya qoşunlarının müdafiəsini yaranda döyüşə Rusiyanın Su-24 qırıcıları daxil olub. Təyyarələr Suriya qoşunlarının müdafiəsini yaran dəstələrə havadan zərbə endirib. Bu, Suriya qoşunlarına bütün hücumları dəf etmək imkanı verib.

Bu arada “Bloomberg” agentliyivəzifəli Ankara rəsmisinə istinadən bildirib ki, Türkiyə ABŞ-dan ölkənin cənub sərhədində iki “Patriot” raket batareyasının yerləşdirilməsini xahiş edib.

Türkiyənin müdafiə naziri Hulusi AkarCNN-Türk telekanalına müsahibəsində deyib: “ABŞ keşmişdə bizə hava hücumundan müdafiə batareyaları göndərib. Eləcə bu dəfə də bizə “Patriot” batareyaları ilə dəstək verilə bilər”.

Müdafiə naziri bildirib ki, Türkiyə Avropa müttəfiqlərinin də buna bənzər dəstəyindən imtina etməzdi. “Bloomberg” diqqəti belə bir məqama çəkir ki, Suriyada iki Türkiyə əsgərinin ölümü ilə nəticələnmiş toqquşma bu müsahibədən az sonra baş verib.

Akar CNN-Türkə müsahibəsində daha sonra deyib ki, Türkiyə İdlibdə atəşkəsin bərqərar edilməsi üçün hərbi qüvvədən istifadədə qətiyyətlidir və Rusiya Türkiyənin İdlibdəki fəaliyyətinə müdaxilə etməməlidir. Nazir bildirib ki,“Türkiyə Rusiya ilə toqquşa niyyətində deyil”.

Türkiyənin Suriyadakı siyasəti ilə yaxından tanış olan bir rəsmi bildirib ki, əgər ABŞ-ın “Patriot” raketləri Türkiyənin Hatay vilayətində yerləşdirilsə, Ankara İdlibdəki Əsəd qüvvələrinə F-16 qırıcıları ilə zərbə endirə bilər.

Məqalənin sonunda deyilir ki, Moskvadakı Yaxın Şərq ekspertlərindən Elena Suponinaİdlibdə Türkiyə və Rusiya arasında ən pis ssenarinin baş verməsinin mümkün olduğunu bildirib: “Rusiya göstərdi ki, o çox sərt bir şəkildə cavab verməyə hazırdır. Türkiyədə bu siqnalı düzgün başa düşməlidirlər. Yaxşı olardı ki, Türkiyə kompromis variantlarına çalışsın”.

Digər tərəfdən Türkiyənin də asanlıqla geri çəkiləcəyi gözlənilmir. İstanbuldakı Yeditepe Universitetinin professoru, prezident Ərdoğana xarici işlərdə müşavirlik edən şuranın üzvü Məsut Hakkı Casin TRT-yə deyib: “Türkiyə boğazları və özünün hava məkanını bağlamaqla Rusiyanın Suriya rejiminə hərbi təchizatını bloklaya bilər”.

Suriyada prezident Bəşər Əsədə qarşı döyüşən qüvvələrə dəstək verən Türkiyədə hazırda 3.7 milyon suriyalı qaçqın var.Ankara bildirib ki, ölkə daha bir qaçqın axınının öhdəsindən gəlməyə bilər.

Ankara və Moskva İdlibdəki eskalasiyasının azaldılması üçün danışıqlardadır, lakin hələlik heç bir razılaşma əldə olunmayıb. Xarici işlər naziri isə bu gün deyib ki, Rusiyayla danışıqlarda istiləşmə baş versə də arzuolunan səviyyədə deyil.

Anonimlik şərtilə danışan rəsminin sözlərinə görə, İran, Türkiyə və Rusiya gələn ayın əvvəlində Tehranda bir araya gələrək İdlib daxil Suriyanı müzakirə edəcəklər. Ondan qabaq isə Rusiyanın nümayəndə heyəti əlavə danışıqlardan ötrü Ankaraya gedə bilər.

Xarici işlər naziri Mövlud Çavusoglu isə bəyan edib ki,Rusiya və Türkiyənin nümayəndə heyətləri əlavə danışıqlar apara, gərəkərsə, Türkiyə və Rusiya liderləri görüşə bilərlər. “Hazırda tərəflərin mövqelərində ziddiyyətlərin olması həqiqətdir”,– Cavusoglu TRT dövlət televiziyasına deyib. Əlavə edib ki, nümayəndə heyətləri fikir ayrılıqlarını azalda biliblər, amma bizim istədiyimiz səviyyəyə hələ çatmayıblar. (azadliq.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Rusiya Türkiyə


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - Rəsmi

Şairə Sevda Dəlidağlı: “Məni Kəlbəcər həsrəti şair elədi” - Müsahibə

Karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi

ABŞ kəşfiyyatının daha bir koronavirus xəbərdarlığı üzə çıxdı

Nazirlər Kabineti: Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var

loading...

Ən çox oxunanalar