Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir icra başçısı hədəfdə — Həbs olunan İsmayıl Vəliyevin qaynıdır

Əvvəl Ağstafa və Yevlax rayonlarının icra başçılarının həbsi, bu gün isə Neftçala rayon icra başçısının saxlanılmasından sonra cəmiyyətdə növbəti cəzalandırılacaq icra başçısının kim olacağı barədə suallar dolaşır...

Bununla bağlı sosial şəbəkələrdə müxtəlif iddialar da səsləndirilir.

BakuPost-un əldə etdiyi məlumata görə, nöbəti “vurulacaq” məmur Xızı Rayon icra Hakimiyyətinin başçısı Xəzər Aslanovdur.

Xəzər Aslanov bu gün prezidentin sərəncamı ilə işdən çıxarılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynıdır. Onların hər ikisi vaxtilə gömrük orqanlarında çalışıblar. Xəzər Aslanovun icra başçısı postuna gətirilməsində İsmayıl Vəliyevin böyük rolu olub.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 2006-2012-ci illərdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, Xəzər aslanovun atası Qəşəm Aslanov 1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972-1975-ci illərdə Şuşada birinci katib, 1975-1984-cü illərdə Abşeronİsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib. 1984-cü ildə avtomobil qəzasında həlak olub.

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Neftçla Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib. İlkin məlumata görə, həbs olunanlar var.

pia.az


Etiket: Xəzər Aslanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar