Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mehman Hüseynova istinad edən müxalifətin boyunu yerə soxum”

"Mən Mehman Hüseynovu deputat görmək istəmirəm. Bu cür adama istinad edən müxalifətin boyunu yerə soxum"...

Bunu politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, M. Hüseynov jurnalist kimi qeyri-peşəkardır:

"Baxmayaraq ki, özünü qəhraman kimi təqdim edir, əsas istəyi yuxarıya dırmaşmaqdır. Adamlar var ki, yuxarıya dırmaşmaq istəyir və dırmaşandan sonra yerini rahatlayıb bəy balası kimi yaşamağa başlayır. Mən onları yaxşı tanıyıram. Qardaşına da, ona da bələdəm. Onlar öz rifahını düşünən insanlardır".

Z. Əlizadə İsa Qəmbər, Arif Hacılı, Sərdar Cəlaloğlu və digər ənənəvi müxalifət liderlərinin seçki kampaniyasına münasibət bildirərkən deyib ki, ənənəvi müxalifətin ən böyük qüsuru və zəifliyi onların zəka potensialının yoxluğundadır: "Zəka potensialı olmayanda xalqa söz deyə bilmirsən, başlayırsan "dalay-dalay" oxumağa. Xalq da bir dəfə "dalay-dalay"a qulaq asır və sonra da bundan iyrənir. Beləcə ənənəvi müxalifətin istəkləri reallaşmır. Ənənəvi müxalifətin "onlar getsin, biz gələk" şüarı artıq işləmir. Nə ilə gələcəksən, hansı yeni siman var, cəmiyyətə hansı modelləri təklif edirsən? Bunların heç biri yoxdur. İsa Qəmbər heç bir yeni söz demir, klassik məğlub fiqurdur. Arif Hacılı heç nəyə nail olmayıb. Bütün bunları xalq bilir.

Onların vaxtı keçib. Əslində onlar çoxdan sıradan çıxıblar, sadəcə bunu qəbul etmək, tanımaq istəmirlər. Deyirlər ki, biz də varıq. Camaat da deyir ki, özünüz üçün varsınız. Bu seçkidə məntəqələrdən birində vətəndaş siyahıya baxıb deyir ki, filankəs ölüb, məntəqə sədri də bildirir ki, o, sizin üçün ölüb, bizim üçün yaşayır. İndi də xalq üçün artıq ənənəvi müxalifət yoxdur, bitdi bu məsələ. Hələ cəmiyyətdə onlara 500 nəfər səs verən varsa, bunun özü böyük rəqəmdir. Xalqı min dəfə aldadıblar. Niyə xalq onlara səs verməli idi? Bitdi, onların kitabları bağlandı". (Azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar