Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - Fotolar

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun deputat seçilməsi Talıbovlar ailəsini yenidən medianın gündəminə gətirib...

S. Talıbovun ilk deputatlığı deyil. O, 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də deputat olub.

S. Talıbovla bağlı internet resurslarda kifayət qədər informasiya mövcuddur. O, media üçün qapalı olmayan məmur övladlarındandır və zaman-zaman haqqında KİV-də məlumatlar yayılıb.

S. Talıbov kifayət qədər gənc olmasına baxmayaraq, elm sahəsində alimlik dərəcəsi alıb. Onun London Universitetində ali təhsil aldığı, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində işlədiyi haqda məlumatlar mövcuddur.

Oğul Talıbov 2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlı elmi işdə Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub.

S. Talıbov 2017-ci ildə dəbdəbəli toyu ilə gündəmə gəlib. Onun “Buta Palace”da etdiyi toy məclisinə ölkənin tanınmış şəxsləri dəvət alıb. Seymur Naxçıvan MR-nın daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.

2019-cu ilin mayında S. Talıbov Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun əmri ilə Federasiyanın vitse-prezidenti təyin edilib.

Onu da qeyd edək ki, bir neçə ildir mediada S. Talıbovun atasının yerinə - Naxçıvan MR-nın Ali Məclisinin sədri postuna hazırlanması haqda iddialar yayılmaqdadır. Bu xəbərlərdə bildirilir ki, onun son zamanlar ictimai həyatda aktivliyi 9 fevral seçkilərindən sonra AM sədri olacağı ilə bağlıdır.

İddialara görə, Naxçıvan MR Ali Məclisi sədrinin bu planı rəsmi Bakı tərəfindən bəyənilməsə də, muxtar iradə öz arzusunu həyata keçirməkdə israrlıdır. Seymur Talıbovun Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasına rəhbərlik etməsi də varis planı ilə əlaqələndirilir.

20 ildir Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun isə Naxçıvandan Bakıya daha yüksək vəzifəyə gətiriləcəyi də iddialar sırasındadır.(yeni sabah)

 

pia.az

Fotolar




Etiket: Seymur Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar