Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresindən erməni separatçılarına açıq dəstək

Dağlıq Qarabağdakı "seçkilər"i müşahidəyə adam göndərəcəklər...

Aram Amatuni

“1in.am”, Ermənistan, 21 fevral 2020-ci il

Amerika Erməni Assambleyasının (AEA) həmsədri Entoni Barsamyan “Amerikanın səsi” ilə söhbəti zamanı bildirib ki, ABŞ-ın Ermənistana marağı artıb. O, ABŞ-ın Ermənistanda baş verən dəyişikliklərə maraq göstərdiyini və bunun Ermənistana verilən dəstəyin genişləndirilməsinə gətirib çıxara biləcəyini qeyd edib.

ABŞ-ın Ermənistana marağının nə üçün artdığı, şübhəsiz, hətta AEA həmsədrinin bəyanatı olmadan da aydındır. Təbii, o, əlbəttə, təkcə informasiya sahəsində deyil, daxili “mətbəx”dən də məlumatlıdır. Bununla birlikdə, ABŞ-ın Ermənistana, erməni amilinə marağının artması açıqdır, hətta adi gözlə görünür. Və burada dəqiq göstərici yalnız ABŞ Konqresinin hər iki palatasının erməni soyqırımı (mətndə belə gedib –tərc.) haqqında bənzəri görünməmiş qətnamə qəbul etməsi deyil, həmçinin Konqresdə Artsaxa (Dağlıq Qarabağ mətndə belə adlandırılıb – tərc.) da marağın artmasıdır. Konqresin bir neçə ermənipərəst üzvü qərara alıb ki, öz ofislərinin təmsilçilərini 31 martda keçiriləcək ümumdövlət (mətndə belə gedib –tərc.) seçkilərini müşahidə etmək üçün Artsaxa (Dağlıq Qarabağ mətndə belə adlandırılıb – tərc.) ezam etsinlər.

Ermənistana siyasi marağın artması, əlbəttə, “məxməri inqilab”la şərtlənir, ancaq marağın əsasında yalnız bu halın olduğuna inanmaq, bəlkə də, natamam qiymətləndirmə olardı. Burada, şübhəsiz, geopolitik durum, o cümlədən ABŞ-Türkiyə münasibətləri öz əhəmiyyətli rolunu oynayıb. Səbəblər, həqiqətən, dərin və çoxyönlüdür, miqyası, dinamikası və mahiyyətinə görə amerikan marağına ekvivalent olan erməni reaksiyasının verilməsi üçün onları kompleks şəkildə analiz etmək, anlamaq və qiymətləndirmək böyük əhəmiyyət kəsb edir.

Bu maraqdan ilhamlanmaq, baş itirmək lazım deyil, lakin eyni zamanda ona uyğun hərəkət etmək lazımdır. Bu da ancaq Ermənistanın “demokratiya qarşılığında kömək” formulu məntiqinə əsasən gözləntisini deyil, həmçinin qarşılıqlı siyasi məsuliyyət prinsipi əsasında onun müəyyən öhdəliklərini nəzərdə tutur. Və başlıcası, Ermənistan, erməni-amerikan münasibətlərinə hər hansı bir başqa münasibətlərə (burada ABŞ-Türkiyə münasibətləri nəzərdə tutulur – tərc.) görə deyil, Ermənistanın dövlətçilik məntiqi, regional və beynəlxalq rolu, suverenliyə söykənən təhlükəsizliyi əsasında baxmaqda davam etməlidir.

Ümumiyyətlə, ABŞ-ın Ermənistana marağının “sirri” məhz bunda – suverenlikdədir. Əslində, bu, əlbəttə, heç də sirr deyil. Suverenlik, Ermənistanın suveren siyasət aparmaq imkanı onun bir vektordan digərinə keçməsini deyil, bütün vektorlar üzrə olan tərəfdaşlarına, bu və ya başqa halda, qərarı məhz Ermənistanın alacağına, onların məhz Ermənistanla işləyəcəklərinə, eyni zamanda Ermənistanın onlara qarşı işləməyəcəyinə təminat verməsilə çoxvektorluluğu nəzərdə tutur. Mürəkkəb regional reallıqlar və yüksək geopolitik burulğanlıq şəraitində Ermənistan üçün bu hal həyati vacib əhəmiyyət kəsb edir. (Tərcümə Strateq.az)

pia.az


Etiket: ABŞ Konqresi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar