Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimovun Almaniyada Xocalı adına “yuduğu” pullar...

2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsidə Almaniyada Xocalı soyqırımı tədbirlərini həyata keçirmək adına bir xeyli pul “yuyub”...

2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi i“birdəfəlik” şirkətlərdən istifadə edib və xeyli miqdarda dövlət vəzsaitinin mənimsənilməsinə yol açıb. Bu barədə araşdrmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə paylaşdığı araşdırmasında bildirir. Cavanşir Həsənli yazır:

“Yeri gəlmişkən, üç il əvvəl Almaniyanın Köln və Münxen şəhərlərində də Xocalı soyqırımının ildönümü ilə əlaqədar etiraz mitinqləri keçirilmişdi.

O zaman Diasporla İş üzrə Dövlət Komitəsi aksiyanın Kölndə təşkilinə 46147,16 manat, Münxendə təşkilinə isə 45163,93 manat pul silmişdi.

Hər iki tədbirin təşkili üzrə satınalmalar tədbirdən cəmi bir neçə gün qabaq, 2017-ci il fevralın 7-də Azərbaycanda qeydiyyatdan keçirilmiş “SMART GLOBE İNN” MMC-yə həvalə edilmiş, bunun üçün yüz min manata yaxın vəsait bu şirkətin hesabına köçürülmüşdü.

Reyestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi RAHİB ƏHMƏDOV XANƏLİ OĞLU, hüqüqi ünvanı NƏSİMİ RAYONU, ABBASQULU AĞA BAKIXANOV, ev 42, m. 58-dir. Başqa heç bir “fəaliyyəti" olmayan şirkət maliyyə ilinin sonunda (2018-ci ilin mayında) ləğv edilib.

Əlavə qeyd: AZƏRTAC-ın xüsusi müxbiri o zaman xəbər vermişdi ki, Kölndəki aksiyanı Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyi, Münxendəki aksiyanı Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberq Mədəniyyət və Təhsil Cəmiyyəti, Münxendə fəaliyyət göstərən türk diaspor təşkilatları birgə təşkil ediblər”.

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar