Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan millisi Azərbaycanla oyundan imtina edib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin planında dəyişiklik edilib...

Buna səbəb yoxlama görüşü üçün ortaq məxrəcə gəlinən Qazaxıstan Futbol Federasiyasının fikrini dəyişməsi olub.

Fevralın 22-dən 28-dək Bakıda təlim-məşq toplanışında olan U-19-un qazaxıstanlı həmyaşıdları ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılırdı. Hətta AFFA ilə qarşı tərəf arasında öncədən razılıq da əldə olunub. Lakin qazaxlar son anda paytaxtımıza gəlməkdən imtina ediblər.

Bu da millimizin hazırlıq proqramına təsirsiz ötüşməyib. AFFA qısa müddətdə başqa milli ilə anlaşmağın çətin olduğunu başa düşdüyündən, U-19 yerli klublarla görüşməklə kifayətlənməli olacaq. Baş məşqçi Samir Əliyev yetirmələrini fevralın 25-də “Keşlə”nin, 28-də isə “Neftçi”nin ikinci komandası ilə yoxlama görüşündə sınayacaq.

Qeyd edək ki, U-19-un təlim-məşq toplanışında 23 futbolçu iştirak edir.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar