Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı? - Video

Məlum olduğu kimi, hazırda ölkə siyasi gündəminin əsas mövzusu 9 fevral parlament seçkilərinin nəticələridir...

Ölkə rəhbərliyinin islahatlara yönəlik siyasi iradəsinə qarşı bəzi yerlərdə ciddi seçki pozuntularına və seçki saxtakarlıqlarına rast gəlindi. Artıq dörd dairə, onlarla məntəqənin nəticələri ləğv edilib, xeyli sayda dairə ilə bağlı şikayət isə araşdırılması üçün Dairə Seçki Komissiyasına göndərilib. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, DSK-ya göndərilən dairələrdən biri də 45 saylı Abşeron seçki dairəsidir.

Bu dairədən hakim komandanın namizədi buraxılmış parlamentin spikeri Oqtay Əsədov idi. Hələ seçkiyə qədər gedən proseslərdə məlum oldu ki, spiker bu dairədə nəinki hansısa nüfuza malikdir, hətta seçicilər onların deputatlarının kim olduğundan xəbərsizdir. Amma buna rəğmən O.Əsədov təbliğat-təşviqat prosesində bir dəfə də olsun seçicilərlə görüşmədi. Onun bu arxayınçılığı isə səbəbsiz deyilmiş. Proseslərin sonrakı gedişatı onu göstərdi ki, rayon ərazisində spikerin qalib elan edilməsi üçün bütün saxtakarlıq və qaun pozuntularına hazırlıq görülüb. Belə ki, Abşeron rayon ərazisindəki məktəb müəllimləri, bütövlükdə təhsil sistemi spiker üçün dəridən, qabıqdan çıxıblar. Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanın rəhbərliyi ilə aparılan bu prosesdə ciddi qanun pozuntularına imza atılıb.

Belə ki, təqdim etdiyimiz videokadrlarda seçicilər onların şəxsiyyət vəsiqələrinin məktəblərdə məcburi şəkildə yığıldığını bildirir.

Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsə də, digəri ələ keçib. Həmin protokolun surəti də mətbuatda dərc olunub. Onu da bildirək ki, sözügedən dairədə məntəqə üzvlərinin və sədrlərin böyük əksəriyyətini təhsil işçiləri təşkil edir. Təxminən üç il öncə Abşeron təhsilinə rəhbər təyin olunan N.Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən seçki saxtakarlığı hazırda araşdırılmaqdadır. Bu araşdırmanın nəticəsi olaraq günahkarın fəaliyyət sahəsi ilə bağlı da bəzi detallara nəzər yetirilsə N.Məmmədovanın durumu heç də yaxşı olmayacaq. Çünki ötən müddət ərzində Abşeron təhsili ilə bağlı xeyli sayda rüşvət və müliyyə pozuntuları haqda məlumatlar mətbuatda yer alıb.(cumhuriyyet.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar