Bakıda qadın zorakılığından bəhs edən maraqlı videoçarx lentə alınıb...
Sosial layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Baku Medica Center” və “Var- Yox” tərəfindən hazırlanıb.
“Üstü örtülən şiddət bir sonrakının başlanğıcıdır. Hər bir Azərbaycan qadını öz hüquqlarını bilməli, hüquqlarını qoruya bilmədiyi təqdirdə çarxda qeyd olunmuş qurumlarla əlaqə saxlamalıdır”, - deyə layihənin tanıtımında qeyd olunub.
Leyla Əliyeva videoçarxı instaqram səhifəsində paylaşaraq qadın zorakılığına qarşı çıxıb. Layihədə #susma həştaqından da istifadə olunub. (Qafqazinfo)
pia.az