Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İdlibdəki cihadçıların lideri: “Bizim müharibəmiz bölgədəki bütün sünnilərin müharibəsidir”

Bölgədə hakim olan cihadçı təşkilat Həyat Təhrir əl-Dəməşq (HTD) lideri Əbu Məhəmməd əl Culani İdlibdə baş verən hadisələr barədə danışıb…

Kayahan Uygur
“OdaTv” qəzeti, Türkiyə, 23 fevral 2020-ci il

Mənşəyi Əl-Qaidədən gələn və Türkiyənin 31 avqust 2018-ci ildə bəri terror təşkilatı kimi tanıdığı HTD-nin fikri çox önəmlidir, çünki adını “Milli Təhlükəsizlik Hökuməti” qoyaraq İdlibi idarə edən də məhz bu təşkilatdır.

Qərb mediasında yayımlanan və son zamanlarda sosial mediada tez-tez görünən əl Culaninin verdiyi açıqlamalar “Yaxın Şərq Media Araşdırma İnstitutu” tərəfindən toplanıb. Bu açıqlamalardan ən yeni və ən vacib olanları təşkilatın rəsmi agentliyi olan “Ebaa”nın 5 fevral tarixli videosundan və əl Culani ilə 15 Fevralda edilən 2 reportajdan çıxarılıb. Sosial mediada da yayımlanan bu sənədlərdə Tahir əl Ömər ilə təşkilatdan olan jurnalist dostu və Türkiyə vətəndaşı Əbdüssamət Dagülün imzaları var.

Tahir əl Ömər əl Culanidən “Niyə bu qədər itki verdiniz və geri çəkildiniz?”, deyə soruşur. Əl Culani: “Astana və Soçi razılaşmalarına görə rejim və Rusiya səlahiyyətlərini bir nöqtədə birləşdirmək imkanı tapdılar”, deyib. “Əslində, türklərin və kürdlərin əlindəki yerlər də təhlükəsiz deyil, amma sonra oraların da növbəsi çatacaq”, deyərək davam edib. Əl Culanini öz çıxışında Soçini tənqidləri etsə də, xüsusilə Türkiyəni hədəf almamağa diqqət edib.

Terrorçular gizli ortaq kimi danışırlar

HTD rəsmi mövqeyi ilə Astana və Soçiyə qarşı çıxsa da, praktiki olaraq heç bir müqavimət göstərməyib. Həmçinin, 7 İyun 2018-ci il tarixində türk əsgərlərinin İdlibdə olmasına dəstək verdiyini bildirmişdi. 15 oktyabr 2018-ci ildə silahlarını təhvil verməkdən imtina etsə də, sonradan bütün ağır silahlarını əvvəlki adı ASO olan Suriya Milli Ordusuna təhvil vermişdi. Lakin maraqlısı odur ki, SMO ötən dekabrda münaqişə qızışan kimi bütün ağır silahlarını HTD-yə qaytarıb. Bu gün Əl-Qaidə ilə əlaqədə olan HTD müvəqqəti olaraq geri aldığı ağır silahlarla Suriyaya və Rusiyaya qarşı vuruşur. Mərkəzi Türkiyənin əlindəki Azəzdə yerləşən SMO-nun bu qərarı olduqca diqqət çəkicidir.

Əl Culani deyir: “Bu gün haqqında danışdığımız rejim köhnə rejim deyil. Bu gün Rusiyaİran istilası haqqında danışırıq. Əgər onlar bu rejimi tərk etsələr, ölkə iki həftə ərzində əlimizə keçər. Ancaq indi səbr və dözümlülük lazımdır və həmçinin, daha təhsilli kadrlar yetişdirməliyik”.

Əl Culani HTD-nin 70%-nin mütəşəkkil və təhsilli olduğunu iddia edərkən, SMO-nun xaos və iğtişaş içində olduğunu və təkcə 10%-nin effektiv ola biləcəyini qeyd edib.

Müxalifət yoxdur, hamısı terrorçudur

Əl Culani, meydanda HTD-nin, yəni Əl-Qaidə və SMO sahələrində birlikdə mübarizə apardıqlarını, lakin bunun Hələb kəndlərində 6 cəbhədə və İdlibdə 5 cəbhədə müqavimət göstərmək üçün yetərli olmadığını vurğulayır. ƏI-Culani-nin təklif etdiyi çıxış yolu “vahid komandanlıq” yaratmaq və əlbəttə ki, HTD-yə verməkdir.

Əl Culani İdlibdəki Suriya hökumətinə qarşı aparılan müharibənin ən azı 75%-nin HTD tərəfindən aparıldığını, 10 aktiv cəbhədən 8-nin HTD-yə aid olduğunu və təşkilatlararası əməliyyat mərkəzinin gündə 2-3 dəfə görüşdüyünü bildirib.

Əl Culani “Türkiyənin İdlibdə olması qanuni haqqıdır” deyib və əlavə edib: “Ruslar heç bir zaman türk xalqının dostu olmayıb, Türkiyə ilə Rusiya arasında gedən minillik rəqabət türk xalqının Rusiyanın İdlibdəki fəaliyyətinə qarşı çıxmasına səbəb olub. Bizim İdlibdə zəfər qazanmağımız bölgədəki bütün qruplar və xüsusilə də Türkiyə üçün faydalı olacaq”.

Əl Culani Suriyadan kənardakı islamçıların dəstəyini qazanmaq istədiyini gizlətmir. O, müsahibəni “Bütün cəbhələrdəki mücahidlərə və dünyadakı bütün sünnilərə” başlığı altında bir mesajla tamamlayaraq bir qələbəyə işarə edir. HTD lideri deyir: “Bu, Suriya xalqının və ümumiyyətlə bölgədəki bütün sünnilərin müharibəsidir. Bu müharibə üçün çox ağır bir bədəl ödədik. İndi sona yaxınlaşırıq, bir az daha səbr lazımdır”.

Türkiyənin iştirak etdiyi İdlib müharibəsində Suriyaya qarşı olan cəbhə məhz belə bir məqsədlə hərəkət edir və bu reallıqlar Qərb mediasında olduğu kimi əks olunur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əli Həsənovun siyasi karyerasının tarixçəsi - Şok detallar - Müsahibə

Nuşirəvan Məhərrəmli vəzifədən alındı - Yeni seçim

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Əli Əsədovdan sərəncam: Əhaliyə yardım planı təsdiqləndi

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Böyük Britaniya hökuməti: Koronavirus laboratoriyadan sızıb

"Ramiz Mehdiyev uduzduğu kimi eyni aqibəti siz də yaşayacaqsınız "- Aslan İsmayılov

Bu tarixdə Koronavirus pandemiyasının pik nöqtəsi olacaq

Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi

Türkiyədə bu gündən maska satışı qadağan edilir

loading...

Ən çox oxunanalar