İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı ilə görüşdə maraqlı hadisə yaşanıb...
“Report” İHA-ya istinadən xəbər verir ki, İran XİN başçısı Aleksandr Şallenberqlə görüşdə koronavirus infeksiyasını lağa qoyub.
“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”. - o qeyd edib.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.
pia.az