Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÇL: Bu gün "Mançester Siti" "Real Madrid"in, "Yuventus" "Lion"un qonağı olacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutacaq...

PİA.az-ın məlumatına görə, Fransa və İspaniyada mərhələnin ilk görüşlərindən daha 2-si gerçəkləşəcək.

İtaliyanın "Yuventus" klubu "Lion"un qonağı olacaq. Meydan sahibləri matça ciddi itkilərlə çıxacaqlar. Müdafiəçilər Rafael və Yussuf Kone, yarımmüdafiəçi Ren-Adelaid Jeff və hücumçu Memfis Depay zədəlidir. Turin klubunda isə zədədən sonra bərpa dövrünü keçən yarımmüdafiəçi Duqlas Kosta və Sami Xediranın qarşılaşmada iştirakı sual altındadır.

Günün digər matçında "Real Madrid" İngiltərə "Mançester Siti"sini qəbul edəcək. "Kral klubu"nda yarımmüdafiəçi Marko Asensio ilə hücumçu Eden Azar zədəlidir. "Şəhərlilər"də isə Leroy Sane və Rəhim Sterlinqin durumuna hələ aydınlıq gəlməyib.

Bu komandalar arasındakı cavab oyunları martın 18-da olacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

26 fevral

24:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Santyaqo Bernabeu" stadionu

24:00. "Lion" (Fransa) - "Yuventus" (İtaliya)

Baş hakim: Jesus Gil Manzano (İspaniya)

"Olimpik Lion" stadionu

Qeyd edək ki, fevralın 25-də "Çelsi" İngiltərədə Almaniya "Bavariya"sına 0:3 hesabı ilə yenilib, "Napoli" İtaliyada İspaniya "Barselona"sı ilə bərabərə qalıb - 1:1. Ötən həftə isə "Tottenhem" İngiltərədə Almaniya "Leyptsiq"inə 0:1 hesabı ilə uduzub, "Atalanta" İtaliyada İspaniyada "Valensiya"sını darmadağın edib - 4:1. Bundan başqa, "Atletiko" İspaniyada İngiltərə "Liverpul"una 1:0, Almaniyanın "Borussiya" (Dortmund) komandası Fransa PSJ-sinə 2:1 hesabı ilə qalib gəlib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar