Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabineti Dövlət Gerbinin vurulmasına və istifadəsinə dair tələblərə dəyişiklik edib

Dövlət Gerbinin vurulmasına və istifadəsinə dair yeni tələblər müəyyənləşib...

Nazirlər KabinetiAzərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

PİA.az-ın məlumatına görə, Qayda “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” ilə müəyyən olunmuş hallarda Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyib.

Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli qanunla bu Əsasnamə ləğv edilib. Bununla əlaqədar artıq Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası” Əsasnamə deyil, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyəcək.

Beləlkilə, qanunun 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə aşağıdakı qaydada müəyyənləşib:

- Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən hüquqi aktların və dövlətin adından verilən sənədlərin blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının (dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumların) sənəd blanklarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində, Milli Məclisin və Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Nazirlər Kabineti və Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur;

- Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir;

- Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir;

- Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir;

- Azərbaycan Respublikasının Dövlət Gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən bu Qanunun tələblərinə uyğun istifadə edə bilər;

-Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir. (APA)

pia.az

 


Etiket: dövlət gerbi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar