Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuliya Mileşkina: “Paşinyan hakimiyyətini qorumaq üçün hər şeyə hazırdır”

Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə keçiriləcək referendumu dəstəkləyən “Hə” hərəkatı təşviqat üçün bir gecədə 430 min dollardan çox pul toplayıb...

Bununla yanaşı, ümumxalq səsverməsi fikri daha çox Ermənistanın özündə sual doğurur.

Konstitusiya Məhkəməsinin baş nazirə “yararsız” olan bir neçə hakimini əvəz etmək üçün belə genişmiqyaslı və bahalı tədbiri keçirməyə dəyərmi? Bundan əlavə, xalqın əhval-ruhiyyəsini nəzərə alaraq, referendumun nəticələri gözlənilməz ola bilər.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan baş nazirə qarşı məhkəmədə iddia qaldırıb. Konstitusiya Məhkəməsinin başçısı təhqiramiz ifadələrə görə üzr istənilməsini, həmçinin böhtan xarakterli məlumatların təkzibini tələb edir.

Bundan əlavə, erməni fəal Tiqran Qasparyanın yazdığına görə, “cənab Paşinyan bir nəfərə (ölkənin keçmiş lideri Serj Sarqsyan) hesablanmış Konstitusiyanı dəyişdirmək istəmir”.

“İnqilabçıların bunu dəyişdirmək istəyəcəyini düşünürdünüz?” – deyə Tiqran Qasparyan ritorik sual ünvanlayır.

O, çaşqınlıq içərisindədir: “Referendum keçirmək və Konstitusiya Məhkəməsinin rəhbərini dəyişdirmək problem deyil. Konstitusiyaya əsaslı və köklü dəyişiklik etmək isə... Növbəti parlament seçkilərinə qədər dözək?”

Nikol Paşinyanın mütəmadi olaraq nə etdiyini anlamaması barədə Ermənistanda çox danışılır. Koronavirus epidemiyasının qarşısını almaq üçün ölkədə xüsusi nəzarətin tətbiqi barədə göstərişi fonunda baş nazirin martın 1-də kütləvi tədbirlərə çağırışları sosial şəbəkələrdə geniş müzakirə olunur.

Artıq Ermənistanın iki keçmiş prezidenti - Robert Köçəryan və Serj Sarqsyan istintaq altındadır. Əlbəttə ki, məhkəmə üçün çox əsas var. Ancaq tələsik hazırlanan ittihamlar hətta erməni ekspertlərini də heyrətləndirir. Bundan əlavə, Nikol Paşinyanın siyasi qisas almaqla məşğul olduğu da göz önündədir. O, getdikcə daha çox “diktator” adlandırılır.

Bir küçə demokrat-siyasətçisi necə oldu ki, diktatora çevrildi? Media.Az Rusiya Siyasi Müşavirlər Assosiasiyasının üzvü, siyasi psixoloq Yuliya Mileşkina ilə bu barədə söhbət edib.

- Tezliklə Ermənistanda bəzi hakimlərin və Konstitusiya Məhkəməsinin sədrinin dəyişdirilməsi məqsədi ilə referendum keçirilməlidir. Eyni zamanda, Ermənistanın baş naziri bir nəfər üçün hesablanmış köhnə Konstitusiyanı dəyişdirmək niyyətində deyil. Hazırda “siyasətçi demokrat”ın diktatora çevrilməsi prosesi baş verir. Siyasi psixologiya bunu necə izah edir?

- Postsovet məkanında bu mümkündür. Nikol Paşinyan Konstitusiya Məhkəməsinin özü üçün “yararsız” hakimlərini kənarlaşdıraraq hakimiyyəti ələ alır, gücləndirir.

- Eyni zamanda, Nikol Paşinyan öz hərəkətləri ilə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini təhlükəyə atdı - “Heç bir kompromis ola bilməz”, “heç bir ərazi verilməyəcək” və s. Bəzi ekspertlər deyirlər ki, Ermənistanın baş naziri daxili auditoriya üçün oynayır... Belə çıxır ki, Nikol Paşinyan insanların həyatını qurban verməyə davam etməyə hazırdır.

- Alınandan imtina etmək həmişə çətindir. O hər şeyi olduğu kimi saxlamaq istəyir. Nikol Paşinyan əraziləri qaytarmaq niyyətində deyil, çünki hesab edir ki, bu, bir siyasətçi kimi onun iradəsini göstərir.

- Nikol Paşinyan kütləvi etirazlar yolu ilə hakimiyyətə gəlib. Köhnə rejim mitinqi dağıtmadı. Ancaq Ermənistanda bir müddət əvvəl ortaya çıxan müxalifətçi “Adekvad” təşəbbüsünün üzvləri dərhal təzyiqə məruz qaldı: Onlar saxlanıldılar, qorxuduldular. Belə çıxır ki, Nikol Paşinyan güc tətbiq etməklə hakimiyyətdə qalmağa hazırdır?

- Sözsüz belədir. Mitinqlər yolu ilə hakimiyyətə gələn bir adam, əlbəttə ki, nəyin nə olduğunu başa düşür: O, hakimiyyətini qoruyacaq, vəziyyətə nəzarət edəcəkdir. O, narazılara deməyəcək ki, əgər istəyirsinizsə, mən gedərəm.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar