Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanı Suriya kimi qorumaq istəyir

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyada iki dövlətin toqquşma ehtimalının artması fonunda Moskvadan Cənubi Qagfqazdakı forspostu Enmənistana dəstək vədi gəldi...

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbiçləri Ermənistan-Azərbaycan sərhəddində yerləşdirilə bilər. Aydındır ki, səfir Kremlin təlimatıyla bu açıqlamanı verib.

Rusiya səfiri bunu belə izah edib ki, ErmənistanRusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı ErmənistanAzərbaycan sərhədində sabitliyi təmin edə bilər: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: “KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir”.

Rusiyalı diplomatın bu açıqlaması birbaşa Azərbaycanın əleyhinədir. Belə çıxır ki, Ermənistan müxtəlif istiqamətlərdən atəşkəsi pozaraq Azərbaycan hərbçilərini hədəf götürəcək, biz isə buna qarşlıq verə bilməyəcəyik, çünki sərhəddin o biri tərəfində rusiyalı hərbçilər olacaq. Rusiya Suriyadakı siyasətini eyni ilə Cənubi Qafqazda həyata keçirir. Rusiya Suriyada Bəşər Əsəd rejimini qoruyur, hərbçilərini əməliyyatlara yönəldir, hərbi aviasiyası İdlibi bombalayır ki, Türkiyə bunun qarşılığını verməsin. Türkiyə Rusiya hərbçiləri ilə Suriyada toqquşmaq istəmir. Ancaq Türkiyə şəhidlərinin intiqamını da yerdə qoymayaraq Əsəd rejiminə zərbələr endirir. Rusiya Cənubi Qafqazda da elə bir siyasət yürütmək istəyir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına davam etdirsin, istədiyi zaman atəşkəsi pozsun, Azərbaycan isə bunun qarşılığını verə bilməsin.

Bu arada, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroryan İrəvanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasyaya deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatdan dəstək gözləyir. İrəvanın ümidi onadır ki, Azərbaycanla münaqişə olacağı təqdirdə təşkilat Ermənistana əməli şəkildə dəstəkləsin. Təşkilatın Rusiyadan başqa heç bir üzvü Azərbaycanla üz-üzə qalmaq istəmir, Qazaxıstan, Qırğızıstan və Belarusun rəhbərlikləri öz hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərməyəcəklər. Hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərə biləcək tək ölkə Rusiyadır.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar