Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb”

“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib”...

Bunu bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident Məşvərət Şurasının son illərdə səylərin gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin reallaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Cənub Qaz Dəhlizinə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Azərbaycan Prezidenti layihənin keçdiyi tarixi yola nəzər salaraq deyib ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb.

Cənub Qaz Dəhlizinə böyük beynəlxalq marağın olduğunu deyən Prezident İlham Əliyev layihənin əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsinin əhəmiyyətindən danışıb, hazırda TAP layihəsinin 92 faiz tamamlandığını deyib.

Dövlətimizin başçısı nitqində müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb, Azərbaycanın neft-qaz ehtiyatlarının hasilatı və ixracı sahəsində görülən işləri xatırladıb. O, vurğulayıb ki, bu illərdə Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib. Neftdən gələn gəlirlərin ölkənin inkişafına xərcləndiyini, indiyə qədər bir çox infrastruktur layihələrinin icra edildiyini və bu istiqamətdə işlərin davam etdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi imkanlardan bəhs edib və Şuranın işinə uğurlar arzulayıb.

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar