Suriyanın İdlib bölgəsində Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub...
PİA.az-ın xəbərinə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, İdlibdə sülhü qorumaq məqsədilə yerləşdirilən Türkiyə Silahlı Qüvvələri hədəflərinə rejim qüvvələri tərəfindən atılan top atəşləri nəticəsində bir əsgər şəhid olub, daha iki əsgər yaralanıb.
Nazirlik bölgədə rejimə aid hədəflərə bundan sonra da zərbələrin endiriləcəyini bildirib.
pia.az