Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dağlıq Qarabağın azərbaycanlı icması" yeni kampaniyaya başlayıb - Foto

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi yeni kampaniyaya başlayıb...

PİA.az-ın məlumatına görə, “Qarabağ harayı” adlanan kampaniya çərçivəsində Qarabağın hüdudları daxilində yaşayan insanların, məcburi köçkünlərin video-müraciətini beynəlxalq təşkilatlara ünvanlanacaq.

Tədbirdə çıxış edən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, icma son 1 il ərzində öz fəaliyyətini daha da intensivləşdirilib:

“Əsas məqsədimiz Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu işdə gənclərin iştirakı isə bizim üçün çox vacibdir. informasiya savaşı çərçivəsində audio-viziual materialların hazırlanması və informasiya müharibəsində bu metoddan istifadə çox böyük önəm kəsb edir. Kampaniya çərçivəsində nümayiş etdiriləcək “Şuşaya yenidən günəş doğacaq” adlı video-çarxın məqsədi gənclərin dünyaya çıxış etməsidir. Video-çarx Dağlıq Qarabağ Azərbaycanlı İcması, Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi və “CO production Baku” adlı media qurumunun birlikdə əməkdaşlığı nəticəsində meydana gəlib. Video-çarxın əsas məqsədi ermənilərin işğalçı siyasətindən əziyyət çəkən şəxslərin səsini dünyaya çatdırmaqdır”

T. Gəncəliyev qeyd edib ki, gənc nəsil ermənilərin bu torpaqları müvəqqəti saxladığını bilməlidir:

“Ermənilərin işğalçı siyasətini dünyaya daha yaxşı çatdırmaq üçün bu kampaniya gənclərə şərait yaradır. Bu kampaniya başladıqdan sonra estafeti ilk olaraq Rövşanə Quliyevaya verdik, və onun video-çarxını da dünyaya yayacağıq. Bu işdə bütün gəncləri iştirak etməyə çağırırıq. Öz torpaqlarımıza qayıtmayanadək biz sakit durmamalıyıq”.

Tədbirdə təqdim edilən video-çarxın rejissoru Can Batır, Tural Qəlbinur və digər şəxslər də çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib. (APA)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar