Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir əks düşərgənin liderinə çevrilə biləcəkmi?

Əli İnsanov məqam gözləyir...

14 illik ağır məhbəs həyatından sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov dərhal siyasi proseslərə qoşulsa da, bu günə kimi tərəfdarlarının gözləntilərini doğrulda bilməyib.

PİA.az bildirir ki, sabiq nazirin tezliklə hakimiyyətin əsas rəqibinə çevriləcəyini proqnozlaşdıran müşahidəçilər xəyal qırıqlığına uğradılar. Əli İnsanov azadlıqda olduğu 4 ay ərzində nəinki müxalifətin şəriksiz liderinə çevrilə bilmədi, hətta elan etdiyi siyasi partiyaya normal fiqurları cəlb etməyi də bacarmadı. İnsanovun hakimiyyəti içəridən parçalayacağıyla bağlı proqnozlar isə jurnalist təxəyyülünün məhsulu olmaqdan o yana keçmədi.

Əli İnsanov siyasi proseslərə niyə nüfuz edə bilmir? Keçmiş nazirin kölgəyə çəkilməsinə səbəb nədir?

Müşahidəçilər İnsanovun siyasi proseslərin olimpinə yüksələ bilməməsini müxtəlif səbəblərlə izah edirlər. İnsanovçuların əsas arqumenti budur ki, onlar ciddi təzyiq altındadırlar. Hakimiyyət sabiq hökumət üzvünün yaratdığı partiyaya soyuq münasibət bəslədiyi üçün onun gizli tərəfdarları açıq mübarizəyə qoşula bilmirlər. Bir müddət əvvəl elan olunan Haqq və Ədalət Partiyasından qopmalar da ilk növbədə bu amillə əlaqələndirilir.

Amma İnsanovun öz zamanını gözlədiyini önə sürən analitiklər də var. Müşahidələrimiz də onu göstərir ki, sabiq nazir son vaxtlar konfliktlərdən kənarda qalmağa üstünlük verir. Fevralın 9-da baş tutan parlament seçkilərindən sonra müxalif düşərgədə qarşılıqlı ittihamların baş qaldırması Əli İnsanovu gözləmə mövqeyinə keçməyə vadar edib. HƏP sədrinin diqqətlə hadisələrin inkişafını izlədiyi bildirilir.

Məlumatlı şəxslərin qənaətinə görə, müxalifət düşərgəsində cərəyan edən hadisələr keçmiş nazirin maraqlarına tam cavab verir. AXCP-REAL qarşıdurması hər iki partiyanın zəifləməsi ilə müşahidə olunur. İnsanov çox gözəl başa düşür ki, bu qarşıdurmanın uzun müddət davam edəcəyi təqdirdə nə Əli Kərimli, nə də İlqar Məmmədov heç vaxt özlərinin intiriqan obrazından xilas ola bilməyəcəklər. 9 fevral seçkilərinin əsas məğlub tərəfi olan Müsavat Partiyasının ayrı-ayrı funksionerlərinin də müxalifətdaxili mübarizəyə qoşulması hadisələrin HƏP-çilərin maraqlarına uyğun inkişaf etdiyini göstərir. Bulanıq suda balıq tutmağı arzulayan balıqçı fəhmiylə prosesləri gedişatını izləyən İnsanovun müxalifətdaxili intriqaların fonunda önə çıxmaq arzusu başadüşüləndir.

Əli İnsanovun müxalifət düşərgəsinin şəriksiz liderinə çevriləcəyilə bağlı proqnozların doğrulmaq ehtimalı isə bir o qədər də güclü deyil. Əvvəla, əks düşərgədə çoxillik staja malik olan hakimiyyət opponentlərinin nə vaxtsa bir-birilərinə güzəştə gedəcəyi gözlənilən deyil. Azərbaycan cəmiyyəti, 2003 və 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı bunun şahidi olub. Əli İnsanovun Əli Kərimli ilə müqayisədə İsa Qəmbərə və Müsavat Partiyasına daha isti münasibət bəsləməsi yuxarıdakı ehtimalı bir qədər də qüvvətləndirir. Özünü qərbyönümlü siyasətçi sayan İlqar Məmmədovun təbliğatçısı olduğu liberal dəyərlərdən imtina edib, müxalifətin həm radikal, həm də mühafizəkar qanadı ilə bir bayraq altında dayanması da inandırıcı deyil.

Əli İnsanovun hakimiyyət əleyhdarlarının favoritinə çevrilməsini əngəlləyən başqa səbəblər də var. Sabiq nazir azadlıqda olduğu dörd ay ərzində iqtidar əleyhinə verdiyi sərt bəyanatlara rəğmən hələ də özünün korrupsioner imicindən heç cür xilas ola bilməyib. HƏP sədrinin "zəif yeri"ni yaxşı bilən müxalif liderlərinin özlərinin siyasi karyerasını onunla bağlaması mümkün görünmür.

Amma siyasət həm də sürprizlər elmidir. Sürprizin isə iki üzü üzü olur: xoş və acı. Müttəfiqlərinin sabiq nazirə hansı sürprizi hazırladıqlarını zaman göstərəcək.

74 yaşlı İnsanovun isə təkcə hakimiyyətlə deyil, həm də zamanla problemi var... (Yenisabah.az)

pia.az

 


Etiket: Əli İnsanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar