Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyinə koronavirus zərbəsi - Birlik ölkələri arasında etimad yoxa çıxır...

Pandemiya bitdikdən sonra Birlik ölkələri bir-birlərindən hesab soracaqlar...

Politoloq: “Koronovirus təhlükəsi dövlətlərin vahid səylərini bir yerə qoymaq əvəzinə, əksinə, öz sərhədlərini bağlayaraq, vətəndaşlarını geri çəkərək təkbaşına qorunmaq, çarə axtarmaq səylərini ortaya qoydu”.

“Trampın Avropa ölkələri ilə NATO büdcəsinə dair fikir ayrılığı, Böyük İpək Yolu, Çinin NATO-nun hədəfi seçilməsi, Rusiyanın Böyük Yeddiliyə qayıtması, İrana qarşı sanksiyalar və s. məsələlərdə onsuz da okeanın hər iki tayında olan dövlətlər arasında fikir ayrılıqları yaratmışdı və qloballaşmanın heç də uğurla getmədiyini göstərirdi”.

Bu sözləri politoloq Nəzakət Məmmədova koronavirusa qarşı Birlik ölkələrinin bir-birilərinə yardım etməmələrinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa artıq koronavirus pandemiyasın mərkəzi ocağına çevrilib. Avropanın pandemiyaya qarşı aciz olması faktı ortada olmaqla yanaşı Birlik ölkələrinin bir-birilərinə olan etimadı da zədələnir. Birlik ölkələri bir-birilərinə belə yardım etmirlər. Epidemiyanın ən geniş yayıldığı İtaliya artıq Birliyə qarşı üsyan bayrağını qaldırıb.

Qeyd edək ki, artıq İtaliya pandemiyadan ən çox ziyan çəkən ölkədir. Ölü sayına görə də İtaliya Çini artıq arxada qoyub. Hazırda İtaliyada epidemiya sürətlə yayılır və xəstəxanalarda çarpayı, həmçinin tibb personalı çatışmır. İtaliya höküməti isə Avropa Birliyini italyanlara arxa çevirməkdə günahlandırıb. Baş nazirin müavini Matteo Salvini pandemiya bitdikdın sonra Avropa Birliyi ilə hesablaşacaqlarını bildirib.

Fransa və Almaniyada da koronavirus sürətlə yayılmaqdadır. Makron bütün ölkədə küçəyə çıxmaq yaaağı elan edib. Almaniya kansleri Angela Merkel isə koronovirus epidemiyasını İkinci dünya müharibəsi ilə müqayisə edib. Digər Birlik ölkəıəri isə öz sərhədlərini bağlayaraq müttəfiqlərinə kömək etmək istəmirlər.

Hazırda pandemiya qarşısında dünya ölkələri sürətlə təcrid siyasəti yürqdürlər və bu koronavirusa qarşı yeganə mübarizə üsulu da təcriddir. Bu fonda dünyanın iqtisadi sistemi də sürətlə çöküş yaşamaqdadır. Siyasi və iqtisadi dairələrdə isə pandemiyadan sonra dünyanın siyasi və iqtisadi münasibətlərinin necə formalaşacağı isə əsas müzakirə obyektinə çevrilməkdədir. Görünən odur ki, hazırkı dünya düzəni həm siyasi, həm iqtisadi, həm də sosial cəhətdən qlobal təhlükələri dəf etməyə yaramır. Bu eyni zamanda qloballaşmanın bir sistem olaraq yetərsiz və yararsız olduöunu ortaya qoymaqdadır. Koronavirus epidemiyası həm də bir çox cəhətdən miili platformaların haqlı olduğunu və qloballqşmanın süni bə zorakı prosses olduğunu ortaya qoymuş oldu.

Pandemiya bitdikdən sonra Avropq Birliyi ölkələri bir-birlərindən hesab soracaqlarmı və pandemiyanın Avropa Birliyinin gələcəyinə hansı təsirləri ola bilər? Ümumiyyətlə koronavirusdan sonra dünya düzənində, o cümlədən geosiyasətdə hansı prinsiplər dəyişə bilər və Avropada millətçiliyin yeni yüksəlişi gözləninləndirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Dünyanın aparıcı dövlətlərinin ssenarilərindən biri də mövcud dünya nizamının süqutu ssenarisidir”.

Məsələyə optimist və pessimist ssenarilərdən yanaşmaların mövcud olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bir çox ölkələr yəqin ki, xarici bazardan, o cümlədən Çindən olan asılılığı azaltmaq üçün hündəlik yəlabat mallatı ilə bağlı daxili istehsalı artıracaqlar:

“Bildiyimiz kimi koronovirus təhlükəsi bir çox dünya ölkələrini öz sərhədlərini bağlamağa məcbur olublar. Xüsusilə dünya iqtisadiyyatının əsas istehsalçılarından biri olan Çindən mal idxalı kəskin surətdə azalıb, dünya üzrə mal və əmtəə dövriyyəsi xeyli dərəcədə aşağı düşüb. Ötən dövrlərdəki dünya iqtisadi böhrandan sonra bəzi dövlətlər anti-böhran proqramları hazırlayıb, fors major vəziyyətlərdə problemlərdən çıxış yolu müəyyənləşdiriblər.

Dünyanın aparıcı dövlətlərinin ssenarilərindən biri də mövcud dünya nizamının süqutu ssenarisidir. Xüsusilə, ABŞ tərəfindən son dövrlərdə siyasi təzyiq vasitəsi kimi istifadə edilən maliyyə-iqtisadi sanksiyalar digər dünya ölkələrini Vaşinqtondan asılı olmayan iqtisadi-siyasi sistem üzərində çalışmağa vadar edir.

Trampın Avropa ölkələri ilə NATO büdcəsinə dair fikir ayrılığı, Böyük İpək Yolu, Çinin NATO-nun hədəfi seçilməsi, Rusiyanın Böyük Yeddiliyə qayıtması, İrana qarşı sanksiyalar və s. məsələlərdə onsuz da okeanın hər iki tayında olan dövlətlər arasında fikir ayrılıqları yaratmışdı və qloballaşmanın heç də uğurla getmədiyini göstərirdi. Koronovirus təhlükəsi isə dövlətlərin vahid səylərini bir yerə qoymaq əvəzinə, əksinə, öz sərhədlərini bağlayaraq, vətəndaşlarını geri çəkərək təkbaşına qorunmaq, çarə axtarmaq səylərini ortaya qoydu.

Nəzakət Məmmədova: “Yəqin ki, bu və digər təhlükələr əhalini qlobal çağırışlara daha hazırlıqlı, istehsalçıları isə daxili bazarın tələbatlarına daha diqqətli olmağa vadar edəcək”.

Hələ 2017-ci ildə Milli Təhlükəsizlik Strategiyasında ABŞ dünyanın qlobal rəqabət meydanına çevrildiyini bəyan edirdi. Lakin paradoks bundadır ki, xəstəlik mənbəyi Çində olduğu kimi, onun çarəsi - yəni antibiotiklərin ixracının əsas mənbəyi də Çindir və bir sıra ölkələr, o cümlədən ABŞ özü bundan asılıdır.

Təbii ki, məsələyə optimist və pessimist ssenarilərdən yanaşmalar mövcuddur. Bir çox ölkələr yəqin ki, xarici bazardan, o cümlədən Çindən olan asılılığı azaltmaq üçün daxili istehsalı artıracaqlar. Məsələn, Azərbaycan əhalisi adi maska məsələsində böyük çətinliklərlə üzləşib, baxmayaraq ki, prezident şəxsən məsələyə münasibət bildirib.

Yəqin ki, bu və digər təhlükələr əhalini qlobal çağırışlara daha hazırlıqlı, istehsalçıları isə daxili bazarın tələbatlarına daha diqqətli olmağa vadar edəcək”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar