Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya ilə əlaqədar dövlətlər arasında əlaqələr dayandırılır

Prezidentin köməkçisi karantin rejimindən danışdı...

PİA.az-ın xəbərinə görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, nəqliyyat əlaqələri, aviauçuşlar dayandırılıb: “Azərbaycan Hava Yolları ilə 10 minə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsi həyata keçirilib. Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir. Prezident və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib”.

H. Hacıyev nəzərə çatdırıb ki, təxliyə zamanı uşaqlı ailələrə, tibbi ehtiyacı olanlara və azyaşlılara üstünlük verilir: “Təxliyədən sonra da vətəndaşlarımızın 21-28 gün karantin rejimində olması vacibdir. Ölkədaxili karantininin miqyası da genişlənir. İndiyə qədər koronavirus idxal olunan xəstəlik idi. Amma xəstəlik çox yoluxucu xüsusiyyətə malikdir, artıq ölkə daxilində də yayılır. Bütün diplomatik nümayəndəliklərə göstəriş verilib. Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər qurumların sıx koordinasiyası həyata keçirilir. Vətəndaşlarımız həm də xarici ölkələrdə o ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar