Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqi Azərbaycan vilayətində koronavirusa 867 yoluxma halı təsdiqlənib

Şərqi Azərbaycan vilayətində COVID-19 koronavirusuna yoluxanların sayı 867 nəfər olaraq bildirilib. İndiyədək onlardan 82 nəfəri həyatını itirib. Ölənlər arasında Təbriz Yanğınsöndürmə İdarəsinin rəhbəri də var...

İndiyədək onlardan 82 nəfəri həyatını itirib. Ölənlər arasında Təbriz Yanğınsöndürmə İdarəsinin rəhbəri də var.

İRNA xəbər agentliyi Şərqi Azərbaycan vilayətində koronavirusa yoluxma halları barədə son vəziyyət barədə məlumat yayıb.

Təbriz Tibb Elmləri Universitetinin direktoru yardımçısı Seyid Camaləddin Hüseyni-Əqdəm Şərqi Azərbaycan vilayətində son 24 saatdakı dəyişiklikləri açıqlayıb. Hüseyni Əqdəmin söylədiklərinə görə, son bir gündə 54 yeni xəstə müəyyən edilib ki, bununla da xəstələrin ümumi sayı 867 nəfərə çatıb. O, həlak olanların 82 nəfər olduğunu bildirib.

"Son günlərdə yoluxma hallarının tendensiyasi yüksələn xətt göstərir və vətəndaşların evdə qalmadığı təqdirdə virusun yayılma tendensiyası son günlərdə olduğu kimi yüksək olaraq davam edəcək," o, əlavə edib.

Şərqi Azərbaycan vilayətinin Marağa şəhərinin Səhiyyə İdarəsinin rəhbəri Əsgər Tənumənd İRNA-ya verdiyi məlumatda Marağada koronavirusa yoluxanların sayını 79 nəfər bəyan edib. Onlardan 6-i vəfat edib və 62 nəfərinin xəstəxanadan evə buraxıldığı bildirilir.

Hal-hazırda 32 şübhəli şəhər xəstəxanasında karantində saxlanılır. Marağa Təbrizdən sonra vilayətdə ən çox yoluxma halları olan şəhərdir.

İranda koronavirusa yoluxanların rəsmi sayı 23,049 nəfərdir ki, bunlardan 1,812 nəfəri ölüb. Son 24 saatda virus 1,411 nəfərdə təsdiqlənib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar