Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ rəsmilərinə 10 tərs sual: “Amerika biokimyəvi müharibə törətməyi hədəfləyirsə, o zaman ilk hədəf kim olacaq?”

ABŞ mediası və bəzi siyasətçilərinin yeni koronavirusun Çindən qaynaqlandığı, Çini günahlandırdığı və böhtan atdığı, hətta Çinin üzr istəməsi barədə əsassız iddialar irəli sürməsini nəzərə alsaq, mənim də virusun mənşəyi ilə bağlı ABŞ-a 10 sual verməyə tam haqqım var...

Van Fuhua

“Global Eeserarch”, 21.03.2020

Bundan başqa, ABŞ-dan fərqli olaraq, mən çoxlu araşdırma apardım və COVID-19-a dair suallarımı beynəlxalq mediada yayımlayacağam.

1-ci sual

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC) direktoru Robert Redfild qripdən ölən kimi görünən bəzi amerikalıların yeni koronavirusla bağlı müsbət testlərini etiraf etdiyindən, bu insanların əslində, yeni koronavirusundan öldüyünə dair nəticəyə gələ bilərəmmi? Ölüm sayı 20 min olan 34 milyon qrip xəstəsi arasında neçə nəfərə səhv diaqnoz qoyulub?

Yanlış diaqnozlar qoyulması nə vaxt başlayıb? Doğrudanmı 2019-cu ilin avqustundan etibarən? Bu suallar o qədər həyati əhəmiyyət daşıyır ki, dünya ABŞ-dan izahat gözləyir.

2-ci sual

CDC tərəfindən qəbul edilmiş bəzi səhv diaqnozlardan xəbər tutduqda, başımı qaşıdım, məgər dünyanın ən yaxşı tibbi texnologiyalarına sahib olan ABŞ deyilmi? Bəs niyə bu baş verib?

Büllur şüşədəki qeyri-şəffaflıq (ağ ləkələr) yeni koronavirusa yoluxmuş sətəlcəmli xəstələrin ağciyərlərinin kompüter tomoqrafiyasında asanlıqla görünə bildiyindən, COVID-19 və H1N1 qripi hallarını ayırmaq asan bir iş olmalıdır. Bəs niyə bu qədər səhv diaqnozlar qoyulub?

Hə, bu, mənə ABŞ vitse-prezidenti Mayk Pensin koronavirusla bağlı bütün mesajlaşmalara nəzarət etmə tələbini xatırladır. Niyə Ağ Ev mesajlaşmaya nəzarət tələb edir? ABŞ-ın nəyisə gizlətməyə ehtiyacı varmı? Hansısa qəsdə hazırlıq görür?

3-cü sual

Niyə ABŞ 2001-ci ildə Bioloji və Toksin Silahları Konvensiyasından (BTWC – 1972-ci il) çıxıb? Niyə Konvensiyanın icrasına nəzarət mexanizminin qarşısını almağa çalışıb? ABŞ bioloji silah hazırlama yolunun ağına düşüb?

Elə deyilsə, niyə Gürcüstan, Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Özbəkistan və Qazaxıstanda yeni bioloji laboratoriyalar var? Bu laboratoriyalar biokimyəvi müharibə üçündürmü? Onların virusları ev heyvanı kimi saxlaya bilməsi qeyri-mümkündür. Əgər ABŞ biokimyəvi müharibə törətməyi hədəfləyirsə, o zaman ilk hədəf kim olacaq?

Həm də keçən il Çindəki "donuz qripi" necə olsun? Ən qəribə olan budur ki, o, ayrı-ayrılıqda deyil, eyni vaxtda fərqli yerlərdə ortaya çıxıb. Niyə donuzları zəhərləmək üçün dronlardan istifadə olunub? Bütün bunların arxasında ABŞ dayanıb? Eşitmişəm ki, bunu edən donuz əti möhtəkirləridir. Lakin bu, mənasız nəzəriyyədir, çünki “donuz qripi” eyni müddətdə Çində milyonlarla donuzu öldürüb, donuz möhtəkirləri qazanc əvəzinə, böyük ziyana qalıblar.

4-cü sual

Merilend ştatının Fort Detrik bölgəsində yerləşən ABŞ ordusunun Tibbi İnfeksiya Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu 2019-cu ilin iyul ayında bağlanıb. Bu, virus sızması hadisəsinə görə idi?

Cəmi bir ay sonra ölkə daxilində qrip xəstəliyi yayılıb. Bu iki hadisə arasında hər hansı bir əlaqə varmı?

Səhv diaqnozlar sadəcə bu cür sirləri ört-basdır etməkdən ötrü uydurulub? Üstəlik ABŞ digər ölkələri yeni koronavirusunun mənşə nöqtəsi adlandırmaqla, günahı başqasının boynuna qoymaq istərkən, buna əsası olubmu?

Bu epik təsadüfdür və ya maskalamış çirkli sirr? Niyə ABŞ 2020-ci ilin mart ayında bağlanış barədə çoxsaylı ingilisdilli xəbərləri internetdən sildirib? Gizlətmək üçün bir şey varmı, yaxud narahat olacağınız mətləb?

5-ci sual

Uhan şəhərində keçirilən 7-ci Dünya Hərbi Oyunlarında (18-27 oktyabr 2019-cu il) ABŞ komandası (369 üzv) niyə “Sıfır” qızıl medal qazanıb? Bu, dünyanın aparıcı hərbi qüdrəti üçün ağlabatan bir rekorda bənzəyirmi? Hökumətiniz bunu məqsədyönlü şəkildə edib?

369 iştirakçı arasında qrip diaqnozu qoyulan olubmu? Onlar yeni koronavirusunun daşıyıcıları ola bilərdimi?

ABŞ üçün indi ən yaxşı çarə başını qumda basdırmaq, 369 nəfəri testdən keçirmək, onların yoluxmuş və ya yoluxmamış olduğunu müəyyənləşdirməkdir.

6-cı sual

Niyə ABŞ 2019-cu ilin oktyabr ayında qlobal pandemik manevr olan “Event 201” keçirib? CIA-nın direktor müavini bu manevrdə niyə iştirak edib? ABŞ yüksək riskli yoluxucu bir virusun pandemiyaya səbəb olacağını əvvəlcədən düşündüyü üçün? Bir ay sonra, Çində naməlum mənşəli sətəlcəm hadisələri aşkarlanıb və 3 ay sonra pandemiya baş verib. Yəqin ki, bu, sadəcə təsadüf deyil.

7-ci sual

Yaponiya, Cənubi Koreya, İtaliya və İran - hamısı bildirib ki, ilk təsdiqlənmiş COVID-19 hadisələrinin bir çoxunun Çinlə əlaqəsi yoxdur, lakin ABŞ-la əlaqəsi var. Virus bu ölkələrə necə gəlib-çıxıb?

Genetik tədqiqatlar göstərir ki, Çində tapılan yeni koronavirus növü C qrupuna aiddir, lakin A qrupu və B qrupu virusları - C qrupunun ana və böyük valideyn virusları, - hər ikisi ABŞ-da tapılıb. Niyə? Havay adalarında bir yapon xəstəyə qrip diaqnozu qoyulub, ancaq Yaponiyaya qayıdarkən, onda COVID-19 üçün müsbət test müəyyən edilib. Bunu necə izah etmək olar?

ABŞ-da bəzi COVID-19 hadisələrinin Çinlə heç bir əlaqəsi yoxdur. Bəs onda yoluxma haradan gəlir?

8-ci sual

1918-ci ildəki pandemiyanın ərazinizdə meydana gəldiyini inkar etməyə heç bir əsasınız yoxdur. Ancaq İspaniyanın bir əsr boyu günahkar olmasına imkan verirsiniz. Bundan heç utanmırsınız?

Tarixin təkrarlandığı görünür. Beləliklə, ABŞ yenə hiylə işlədir və yeni koronavirusu "Çin virusu" kimi markalamağa çalışır?

9-cu sual

1 milyard infeksiyalıya səbəb olan, ölümcül nəticəli 1918-ci ilin pandemiyasında ölənlərin sayının, Vikipediyaya əsasən, "17 milyondan 50 milyona qədər və bəlkə də 100 milyon qədər... bəşər tarixindəki ən ölümcül epidemiyalardan biri" olduğu açıqlanıb. Onun ABŞ mənşəli olması da, lakin ABŞ dünyadan heç vaxt üzr istəməyib.

İndiyə qədər yeni koronavirusun mənşəyi bilinmir, lakin ABŞ Çindən üzrxahlıq tələb edir, çox gülüncdür! Yalnız 2009-cu ildə ABŞ-da H1N1 qripi pandemiyasından, HİV QİÇS-lə eyni sayda, yəni 300.000 insanın öldüyünü xatırlatmaq yetər. Bəs niyə dünyaya bunu etiraf etmirsiniz?

10-cu sual

Filmlərdə ABŞ dünyanın xilaskarı rolunu oynamağı sevir. Kapitan Amerika obrazı ən populyar simvollardan biridir. Ancaq reallıqda, COVID-19 kimi bir fəlakət qarşısında Kapitan Amerika nədənsə gözə dəymir...

ABŞ öz vətəndaşlarını evdə və ya “Diamond Princess” kruiz gəmisində qorumaq üçün kifayət qədər iş görmür. Hətta “Diamond Princess”-dəki amerikalılara görə Yaponiyanı məsuliyyətə cəlb etməyə çalışıb. ABŞ hansı cəsarətlə bütün bu hərəkətləri və Çini məsuliyyətsizlikdə ittiham edir?

Çin COVID-19-la mübarizə üçün dünyanın dəyərli vaxtını alarkən, ABŞ Çini passiv və şəffaf olmamaqda günahlandırıb. Yaxşı, Ağ Ev CDC-yə yeni koronavirus testlərini dayandırmağı tapşırdıqda, bu şəffaflıq sayıla bilərmi?

ABŞ hökuməti xalqına maska taxmamağı tövsiyə etdikdə, məgər bu, passivlik deyildi?

ABŞ-dan izahlar tələb edən xeyli sual var.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar