“Facebook” istifadəçiləri sosial şəbəkənin işində problemləri yarandığını bildirib...
Bununla bağlı şikayətlər əsasən ABŞ, Braziliya, Peru, Meksika, Çili və Filippindən daxil olub.
Qeyd olunub ki, şikayət edənlərin 45%-i sosial şəbəkədə xəbər lentini izləməkdə çətinlik çəkdiyini bildirib.
Bundan başqa, şikayətçilərin 32%-i öz hesablarına daxil ola bilmədiyini, 22%-i isə sosial şəbəkənin ümumiyyətlə işləmədiyini qeyd edib. (Trend)
pia.az