Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı sahələrdə çalışanların kredit borcları dondurula bilər?

Koronavirusla mübarizə çərçivəsində ölkəmizdə karantin rejiminin tətbiq edilməsi ilə paralel olaraq bəzi mühüm addımlar da atıldı.

Bu addımlar çərçivəsində turizm obyektləri, otel və mehmanxanalar, kafe və restoranlar, ticarət mərkəzləri və digər sahələrdə iş tamamilə dayandırıldı. İndi həmin sahələrdə çalışan sadə vətəndaşların istehlak kreditləri və sahibkar biznes kreditlərinin ödənilməsində problem yaşanacağı gözlənilir, çünki bu sektor tamamilə gəlirdən məhrum olub. Gecikmələr yaşanarsa və faizlər hesablanmaqda davam edərsə, yenidən bank sektorunda toksik aktivlərin həcmi arta bilər. Hökumət də bu çağırışların fərqindədir.

Belə ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov da açıqlama verib ki, vətəndaşların banklara olan kredit borclarına güzəştlər üçün təkliflər hazırlanır.

İ.Məmmədov deyib ki, iqtisadi artımı saxlamaq, kritik dövrdə insanların sosial müdafiəsini qorumaq, iqtisadi zərərləri minimallaşdırmaq üçün işçi qrupu yaradılıb: “Qeyd edilən məsələlərlə bağlı 15 gün vaxt verilib. 15 gün müddətində təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Prezidentin siyasi iradəsidir ki, insanların üzərinə düşmüş ağırlığa dövlət şərik olacaq. Bu, bir prinsipdir və qərar qəbul edilib. Amma hansı formada olacaq, bu, təkliflərdən asılı olacaq”.

İbrahim Məmmədov

Məsələ ilə bağlı Musavat.com-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bu barədə təkliflərini səsləndirib və güzəştlərin mexanizmi ilə bağlı fikrini irəli sürüb: “Öncə müəyyən edilməlidir ki, hansı təbəqədən söhbət gedir. Mən hələ ki, ümumilikdə əhalinin kreditləri qaytarmasında bir problem görmürəm. Hələlik insanların hamısı işsiz qalmayıb, bir çox yerlərdə maaşlar verilir. Ancaq iş yerlərində problem yaranan sahələr də var ki, orada çalışanların işsiz qalması və maaşlarının verilməməsi ehtimalı var. Buna görə də, mən onun tərəfdarıyam ki, ilk növbədə biznes sahələrini ayırd edək. Sual qoyulmalıdır ki, koronavirus dövründə hansı biznes sahələri zərər görüb. Buraya turizm sahəsi, mehmanxanalar, ictimai-iaşə obyektləri, kafe və restoranlar, ticarət mərkəzləri və sair daxildir. İlk növbədə bu sahələrin dəqiq siyahısı müəyyən edilməlidir. Daha sonra bu sahələrdə çalışan şəxslərin kredit borcları, eyni zamanda sahibkarlara verilən biznes kreditləri ilə bağlı güzəştlər edilə bilər”.

Əkrəm Həsənov

Ekspert onu da diqqətə çatdırdı ki, birmənalı şəkildə bunu bankların hesabına etmək olmaz: “Bankların da özlərinin öhdəlikləri var, borcları var, əmanətlər üzrə faiz ödənişləri var. Dövlət özü yardım etməlidir. Mexanizm belə olmalıdır ki, dövlət adı çəkilən sahələrə kredit borcları ilə bağlı yardım edəcəyini açıqlamalıdır. Daha sonra hər bir bank bu sahələrə və ya orada çalışan şəxslərə nə qədər kredit veribsə, onları adbaad müəyyən etməlidir, ümumi məbləğ hesablanmalıdır. Ancaq bu kredit borclarının bağışlanmasından söhbət gedə bilməz”.

Ə.Həsənov təklif edir ki, sadəcə dövlət müəyyən dövr ərzində bu kreditlərin dondurulmasından banka dəyən ziyanı qarşılamalıdır: “Burada bankın itirdiyi əsasən faizlərdir. Dövlət yalnız bu faizləri ödəməlidir ki, banklar da öhdəliklərini yerinə yetirə bilsinlər. Bəlkə də artıq dövlət belə bir tapşırıq verib və hesablamalar gedir. Bu dövrdə hər bir sahədə çalışanlar zərər çəkib. Ancaq cüzi zərər çəkənlərdən söhbət getmir. Ancaq turizm , mehmanxana və digər sahələrin fəaliyyəti tamamilə dayanıb. Bu sahədələr ilk növbədə nəzərə alınmalıdır. Hər bir banka bir neçə gün lazımdır ki, borclularından hansıların bu sahələrdə çalışdığını müəyyən etsinlər. Daha sonra da dövlət bu kredit borclarının dondurulmasını kompensasiya etsin”.

pia.az


Etiket: Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar