Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G20 sammitinin pandemiyaya təsirləri hiss olunacaqmı?

Böyük dövlətlər geosiyasi hesablarını bir kənara atıb pandemiyaya qarşı mübarizə aparacaqlar?

Politoloq: “Düşünürəm ki, koronavirusun arxasında dayanan böyük maliyyə güclərinin geoiqtisadi maraqları var”.

“Qlobal maliyyə şəbəkələri öz maraqlarına çatana qədər koronavirusdan maraqları üçün istifadə etmək prosesi davam edəcək”.

Bu sözləri politoloq Natiq Miri "Böyük iyirmilik” (G20) qrupuna daxil olan ölkələrin liderlərinin virtual sammitində koronavirusla bağlı qəbul edilmiş bəyannaməni PİA.az-a şərh edərkən qeyd edib.

Dünən koronavirus pandemiyasının yayılması və "neft müharibəsi”nin törətdiyi qlobal iqtisadi fəsadlara həsr olunmuş "Böyük iyirmilik” (G20) qrupuna daxil olan ölkələrin liderlərinin virtual sammitində yekun bəyannamə qəbul edilib.

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə keçirilən virtual sammitdə videokonfrans vasitəsilə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Yaponiyanın Baş Naziri Şinzo Abe, Kanadanın Baş Naziri Castin Trüdo, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqının və qrupa daxil olan digər ölkələrin liderləri iştirak ediblər.

Birgə yekun bəyannamədə liderlər koronavirus pandemiyasına qarşı vahid cəbhədə mübarizə aparılması, onun fəsadlarını aradan qaldırmaq üçün dünya iqtisadiyyatına 5 trilyon dollar vəsait ayrılması, azad və sabit qlobal ticarətin əlaqələndirilməsi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT və Beynəlxalq Valyuta Fondu (BVF) ilə birlikdə pandemiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, ÜST-yə maliyyə vəsaiti ayrılması və onun səlahiyyətlərinin genişləndirilməsi, BVF və Dünya Bankının pandemiyanın iqtisadi fəsadlarını qiymətləndirməsi, Beynəlxalq Əmək Təşkilatı tərəfindən əhalinin məşğulluğu problemlərinin öyrənilməsi üzrə razılığa gəliblər. G20 ölkələrinin liderləri koronavirusun yayılması fonunda mərkəzi bankların addımlarını təqdir edib, habelə Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilməsi nəzərdə tutulan Olimpiya oyunlarının təxirə salınması barədə qərarını bəyəniblər. Qeyd olunub ki, koronavirusa qarşı mübarizədə yoxsul ölkələrə yardım edilməlidir. Bundan başqa, neftin qiymətlərinin də aşağı olmasının qlobal iqtisadiyyata mənfi təsiri vurğulanıb.

Bu sammitin nəticələrini necə dəyərləndirmək olar? Böyük dövlətlər geosiyasi hesablarını bir kənara atıb əlbirliyi ilə pandemiyaya qarşı mübarizə aparacaqlar? Həmçinin G20 sammitinin neftin qiymətinə müsbət təsirini gözləmək mümkündürmü? Siyasətin neft bazarına təsirlərini nəzərə alarsaq demək olarmı ki, neft bazarında xaosun aradan qaldırılması üçün konkret addımlar atılacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Hər bir ölkə ayrı-ayrılıqda koronavirusla mübarizə aparmaq məcburiyyətində qalacaq”.

Müəyyən ölkələr arasında qarşılıqlı yardımların hiss olunduğunu vurğulayan politoloq bunun bütövlükdə beynəlxalq səviyyədə işlək mexanizminə çeviləcəyini düşünmədiyini qeyd edib:

“Doğrudur "Böyük iyirmilik” ölkələrinin sammitində bəyannamə qəbul olunub. Amma bu bəyannamə boğazdan yuxarı verilmiş beynəlxalq qərardan başqa bir şey deyil. Yəni konkret icra mexanizmlərinin olduğunu qətiyyən düşünmürəm. Hətta konkret icra mezanizmləri hazırlansa belə, bunun həyata keçiriləcəyi inandırıcı görqnmür. Çünki bildiyimiz kimi Avropa Birliyi vahid iqtisadi-siyasi məkan olaraq fəaliyyət göstərir. Amma buna rəğmən İtaliyada, hətta İspaniyada koranavirus baş alıb gedir. Həmin ölkələrdə gündə yüzlərlə insan vəfat edir. Buna baxmayaraq o ölkələrə Avropa Birliyinin heç bir ölkəsi yardım etmədi. Bu faktın özü onu göstərdi ki, bu birlik istənilən böhran vəziyyətində işlək olan fakt deyil.

Düşünürəm ki, koronavirusun arxasında dayanan böyük maliyyə güclərinin geoiqtisadi maraqları var. Bu prosesdə də qlobal maliyyələrin yenidən bölüşdürülməsi prosesinə rəvac veriləcək. Çünki artıq bir çox müəssisələr fəaliyyətini dayandırır yaxud da müflis olmaq ərəfəsinə çatıb. Bu da gələcək perspektivdə müəssisələrinin, sənayelərin, böyük şirkətlərin nəticə etibarilə acınacaqlı durumda olacağına müəyyən mənada işarədir. Bu da onu göstərir ki, bir çox qlobal güclər, yəni böyük akulalar kiçik balıqları udmaqla daha da nəhəng iqtisadi layihələri və maliyyələri ələ keçirmək marağında olacaqlar.

Buna baxmayaraq o ölkələrə Avropa Birliyinin heç bir ölkəsi yardım etmədi. Bu faktın özü onu göstərdi ki, bu birlik istənilən böhran vəziyyətində işlək olan fakt deyil.

Məhz bu baxımdan düşünürəm ki, "Böyük iyirmilik” ölkələrinin bəyan etdiyi bu bəyannamə sadəcə olaraq kağız üzərində olan bəyannamə olaraq qalacaq. Buna görə də hər bir ölkə ayrı-ayrılıqda koronavirusla mübarizə aparmaq məcburiyyətində qalacaq. Yəni bu gün necədirsə, sabah da eynən belə olacağını düşünürəm.

Natiq Miri: “Koronavirusun arxasında dayanan böyük maliyyə güclərinin geoiqtisadi maraqları var”.

Doğrudur müəyyən ölkələr arasında qarşılıqlı yardımlar hiss olunur. Amma bunun bütövlükdə beynəlxalq səviyyədə işlək mexanizminə çeviləcəyini düşünmürəm. Çünki bəzi ölkələrin bu məsələdə konkret geosiyasi maraqları var. Məsələn ABŞ kimi bir dövlətin Çin, İran və digər rəqabətə olan ölkələri tədricən çökdürmək siyasəti var. Buna görə də bu cür mexanizmlərin, bəyannəmlərin işləyəcəyini düşünmürəm.

Onu da qeyd edim ki, qlobal maliyyə şəbəkələri öz maraqlarına çatana qədər koronavirusdan maraqları üçün istifadə etmək prosesi davam edəcək.

Bildiyimiz kimi neft məsələsi bir neçə qlobal güclərin, xüsusilə də neft istehsal edən dünya güclərinin maraqları konteksində baş verib. Yəni neftin qiyməti suni olaraq ucuzlaşdırılıb. Bu prosesin içində əsas həlledici amillər kimi Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ dövlətləri öndə gəlir.

Natiq Miri: “Neftin uzun müddət ucuz qiymətə satılmasını düşünmək çətindir”.

Hesab edirəm ki, bu ölkələr arasında konkret razılaşma olmadan və geosiyasi, geoiqtisadi maraqlar uzlaşmadan neftin qiymətində hələlik bahalaşma qeydə alınmayacaq. Neftin qiyməti "Böyük iyirmilik” ölkələrindən asılı olan məsələ deyil. Çünki "Böyük iyirmilik” sammitində iştirak edən ölkələrin əksəriyyəti neft istehsal edən ölkələr deyil.

Amma neftin uzun müddət ucuz qiymətə satılmasını düşünmək çətindir. Çünki bu prosesin altında ABŞ-ın rəqibi olan təkcə Rusiya qalmır. Eyni zamanda dünyada neft istehsalçısı olan Səudiyyə Ərəbistanı, hətta şist neftini istehsal edən ABŞ-ın da özünün maliyyə problemləri var. Doğrudur ABŞ bu prosesi kompensasiya etmək üçün yüz milyardlarla pul ayırıb.

Amma qeyd koronavirusla mübarizə kontekstində, ayrıca prezident seçkiləri öncəsində ABŞ-ın bu məsələdə nə qədər dayanılı olacağını bəri başdan iddia etmək çətindir. Buna görə də bu məsələni qeyri neft kontekstində deyil, hansısa uzlaşma çərçivəsində həll etmək mümkün olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar