Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirib...

PİA.az-ın məlumatına görə, bunu Hikmət Hacıyev AzərTac-a müsahibəsində deyib: “İlk növbədə onu qeyd etməliyik ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə müraciətində siyasi partiyalara dialoq təklif edib. Dövlət başçısı Novruz bayramı münasibətilə siyasi partiya rəhbərlərini təbrik edib.

Yeni tərkibdə formalaşmış Milli Məclisdə sədr müavini daxil olmaqla, səkkiz komitənin rəhbərliyində müxalifət partiyalarının nümayəndələri təmsil olunublar. Bütün bunlar onu göstərir ki, ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.

Amma sual olunur ki, niyə AŞPA məruzəçiləri və digərləri bunu görmək istəmirlər? Çünki bu şəxslər manipulyasiya və saxtakarlıqla məşğuldurlar. Onların ölkəmizə qarşı münasibəti həmişə qərəzli olub.

AŞPA-nın məruzəçiləri olan S.Evarsdottir, Roger Gale və Stefan Şennak saxtakarlıqla məşğuldurlarsa, onda onlarla gələcək əməkdaşlıq sual altındadır.

Qlobal pandemiya şəraitində Azərbaycan hökumətinin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrini nəzərə alaraq, atdığı önləyici və səmərəli addımlar, görünür ki, AŞPA-da özünü “məruzəçi” kimi təqdim edən bəzi şəxsləri ciddi şəkildə narahat edir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar