Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan neftdən nə qədər qazanır? 

Azərbaycanın 1 yanvar 2020-ci ilə əldə etdiyi resurs gəlirlərinin 98,2 faizini neft gəlirləri, 1,8 faizini qaz gəlirləri təşkil edib...

Ölkəyə neft gəlirləri Azərbaycanın əsas neft yatağı olan Azəri-Çiraq-Günəşli (AÇG) yatağından, qaz gəlirləri isə Şah Dəniz yatağından əldə edilən hasilatın əsasında həyata keçirdiyi neft, qaz və kondensat məhsullarının xarici bazarlarda satışından daxil olur. Qaz ixracatında əldə edilən gəlrilərin resurs gəlirlərində payının az olması səbəbindən bu yazıda sonuncu on illikdə neft hasilatı, neft qiymətləri və neft gəlirlərindən bəhs edəcəyik.

AÇG yatağından neft hasilatının pik dövrü 2010-cu ildə qeydə alınıb. Həmin il ACG-dən hər gün orta hesabla 823 min barrel neft hasil olunub. Ötən il gündəlik hasilat orta hesabla 535 min barrelə qədər aşağı düşüb, bu hətta 2006-cı ildə gündə 600 min barrel hasilatdan azdır. Bu il AÇG yatağından hasilatın ötən illə müqayisədə 5,3 faiz azalacağı gözlənilir. Bu o deməkdir ki, 2020-ci idə AÇG-dən orta hesabla hər gün 506 min 645 barrel neft hasilatı gözlənir. Hesablamalara görə, ACG-dən çıxarılan 1 barrel neftin maya dəyəri daşınma xərci ilə birlikdə 15 dollar dollar təşkil edir.

Yeni neft qiymətlərinin mövcudluğu hazırkı şəraitdə öncə müxtəlif ssenarilər üzrə neft gəlirlərinin həcmini hesablamaqla görmək olar ki, müxtəlif qiymət səviyyələrində Azərbaycan neft ixracatından nə qədər qazanır. AÇG yatağının məlumatları əsasında hesablamaları üçün baza məlumatı kimi gündəlik hasilatı 500 min barrel götürək. 3 müxtəlif qiymət ssenarisinə baxaq: 25, 30 və 35 dollar.

1) 27 mart 2020-ci il tarixə, Azərbaycan neftinin dünya bazarında orta qiyməti 25 dollar olub. Bu halda gündəlik mənfəət nefti 5 milyon dollar (500.000 barrel X10 Dollar) edir. Çünki, maya dəyəri ilə satış qiyməti arasında 10 dollar (25-15) fərq vardır. Hasilatın Pay Bölgüsü (HPB) sazişinə görə, 5 milyon dollarlıq mənfəət neftinin 75 faizi Azərbaycana çatır, 25 faizi şirkətlər arasında bölünür. Bu halda mənfəət neftindən Azərbaycana 3,75 milyon dollar, SOCAR-da daxil olmaqla şirkətlərə HPB sazişində malik olduqları paya proporsional olaraq 1,25 milyon dollar çatır. Bu hesabla gündə 3,75 milyon dollar qazanc əldə edirilirsə, onda ayıq gəlir 112,5 milyon dollar olacaq.

 

2) Hesab edək ki, dünya bazarında Azərbaycan neftinin orta qiyməti 30 dollardır. Bu halda gündəlik mənfəət nefti 7,5 milyon (500.000 barrel X15 Dollar) dollar edir. Çünki, maya dəyəri ilə satış qiyməti arasında 15 dollar (30-15) fərq vardır. Bu halda əldə edilən 7,5 milyon dollarlıq mənfəət neftinin 75 faizi Azərbaycana çatır, 25 faizi SOCAR-da daxil olmaqla şirkətlər arasında HPB sazişində malik olduqları paya proporsional olaraq bölünür. Bu halda mənfəət neftində Azərbaycanın payı 5,625 milyon dollar, şirkətlərin payı isə 1,875 milyon dollardır. Bu hesabla gündə 5,625 milyon dollar qazanc əldə edilərsə onda ayıq gəlir 168,75 milyon dollar olacaq.

3) Hesab edək ki, dünya bazarında Azərbaycan neftinin orta qiyməti 35 dollardır. Bu halda gündəlik mənfəət nefti 10 milyon (500.000 barrel X 20 Dollar) dollar edir. Çünki, maya dəyəri ilə satış qiyməti arasında 20 dollar (35-15) fərq vardır. 10 milyon dollarlıq mənfəət neftinin 75 faizi Azərbaycana çatır, 25 faizi SOCAR-da daxil olmaqla HPB sazişində malik olduqları paya proporsional olaraq şirkətlər arasında bölünür. Bu halda mənfəət neftində Azərbaycanın payı 7,5 milyon dollar, şirkətlərin payı isə 2,5 milyon dollardır. Bu hesabla gündə 7,5 milyon dollar qazanc əldə edilərsə onda ayıq gəlir 225 milyon dollar olacaq.

Müqayisə üçün qeyd edim ki, Azərbaycanın orta aylıq neft gəliri 2010-cu ildə 1,36 milyard, 2011-ci ildə 1,65 milyard, 2012-ci ildə 1,45 milyard, 2013-cü ildə 1,445 milyard, 2014-cü ildə 1,352 milyard, 2015-ci ildə 640 milyon, 2016-cı ildə 491 milyon, 2017-ci ildə 590 milyon, 2018-ci ildə 863 milyon, 2019-cu ildə 757 milyon dollar olub.

pia.az


Etiket: neft

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar