Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Virusa qarşı peyvənd 18 aya hazır olacaq” - ÜST-ün baş direktoru

“Dünyada 100 mindən çox insan koronavirusun yaratdığı xəstəlikdən sağalıb”...

PİA.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında deyib.

“İndi yarım milyondan çox insan koronavirusa yoluxub və 20 mindən çox insan isə dünyasını dəyişib. Ancaq unutmayaq ki, dünyada 100 mindən çox insan virusdan sağalıb. Virusa qarşı peyvənd hazırlamaq üçün ən azı 18 ay lazımdır. Bu vəziyyətdə, təcili olaraq xəstələrin müalicəsi və həyatını xilas etmək üçün terapevtik maddələrə ehtiyac var.

İspaniya və Norveçdə, dörd fərqli dərman və dərman birləşməsinin sınaqları keçirilib. “COVID-19”un müalicəsi üçün terapevtik maddələrin sınaqlarına qısa müddətdə başlanılacaq. Söhbət 45 ölkənin kömək etdiyi tarixi sınaqladan gedir” - deyə, baş direktor bildirib .

Tedros Qebreyesus koronavirusa qarşı yeni dərman yaranana qədər fərdləri və ölkələri virusun müalicəsində effektivliyini göstərməmiş terapevtik maddələrdən istifadə etməkdən çəkinməyə çağırıb.

“Pandemiya qarşısında “təcili təhdidlərdən” biri qoruyucu vasitələrin qlobal çatışmazlığıdır. ÜST 74 ölkəyə 2 milyon qoruyucu tibbi dəst göndərib. Tibb işçiləri risk altında olduqda, hamımız risk altında oluruq”.

O, həmçinin ÜST-ün yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 108 milyon ABŞ dolları həcmində yardımın daxil olduğunu bildirib. İanələr 203 min şəxs və təşkilatlar tərəfindən edilib.

pia.az


Etiket: ÜST koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar