Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantində olan Azərbaycan idmançıları - Araşdırma / Video

Hazırda Azərbaycanda üç minə yaxın insan koronavirusla bağlı karantində saxlanılır. Bunların arasında peşəkar idmançılar da var...

PİA.az xəbər verir ki, Oxu.Az mövzu ilə əlaqədar araşdırma aparıb. Məlum olub ki, hazırda yeddi idmançı karantindədir.

Onlar hotellərin birində yerləşdiriliblər. Karantində olanlardan biri pauerliftinq millimizin üzvü Hafiz Verdiyevdir.

Pauerliftinq üzrə dünya çempionumuz şəxsi işi ilə bağlı getdiyi Belarusun paytaxtı Minskdən martın 21-də qayıdarkən karantinə alınıb. 2017-ci ildə ölkə başçısı tərəfindən mənzillə, bu ayın əvvəlində isə Gənclər və İdman Nazirliyi tərəfindən Respublika dərəcəli hakim adı ilə təltif olunmuş Hafiz Verdiyev, böyük ehtimalla, aprelin 3-də evinə buraxılacaq.

Karantində qalan digər idmançılarımız isə Azərbaycan Qocu-Ru Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının idmançılarıdır. Bunlar Yusif Əhmədov, Məhəmməd Allahverdiyev, Müşviq Həzili, Ramin Kazımov, Tural Quliyev və Şəms Əhmədovadır. Həmin federasiyanın prezidenti, yeniyetmə, gənclər və kişilər arasında komandaların baş məşqçisi Tarverdi Allahverdiyev də onların arasında olsa da, dünən artıq evinə buraxılıb.

İdmançılara gəlincə, onlar Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yarışda iştirak ediblər. Martın 19-u səhər xüsusi reyslə Bakıya qayıdıblar. Karantin müddətində onlarda koronavirusun simptomları üzə çıxmazsa, aprelin əvvəllərində evə buraxılacaqlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar