Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış vəkildən Prezidentin təşəbbüsünə dəstək

Tanınmış vəkil Ceyhun Yusifov COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub...

Belə ki, o, öz qazandığı məvacibinin bir hissəsini Naxçıvan Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib. 

Bu barədə Demokrat.az-a tanınmış vəkil özü məlumat verib. 

“Naxçıvanla ilk tanışlığm tələbəlik illərimə təsadüf edir. O vaxtlar maddi vəziyyətimin təhsilimi yarımçıq vəziyyətdə qoyacaq qədər pis olması və eyni zamanda ailəmdən uzaqda olmağım mənə olduqca çətin günlər yaşadırdı. Lakin bütün bunlara baxmayaraq ailəmdən hər nə qədər uzaq olsam da, Naxçıvan camaatının sevgi və qayğısı ilə əhatə olundum. 

O, çətin günlərdə mənə maddi və mənəvi dəstək olan onlarla Naxçıvan insanını tanıdım. Həyatımda və sahib olduqlarımda Naxçıvanın müstəsna rolu vardır. Mənə orada ömrümün sonuna qədər unutmayacağım yaxşılıqlar edilmişdir. Bildiyimiz kimi hal-hazırda Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.  

Mənim vəfa və insanlıq borcumdur ki, o çətin günlərimdə mənə qucaq açan, sevgi və humanizmlə məni əhatə edən Naxçıvana, sözügedən fonda öz imkanım daxilində yardım edim. 

Həmçinin Naxçıvan Dövlət Universitetinin bütün məzunlarına müraciət edirəm ki, gəlin bu misiyaya qoşulaq. Unutmayın, biz birlikdə güclüyük, - deyə Ceyhun Yusifov qeyd edib.

pia.az


Etiket: Ceyhun Yusifov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar